Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deputat: Azərbaycanın bütün bölgələri kimi, Nardaran da inkişaf etməlidir

Deputat: Azərbaycanın bütün bölgələri kimi, Nardaran da inkişaf etməlidir

Date: 11 December 2015 17:48

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanın bütün bölgələri, bütün rayonları, bütün kəndləri inkişaf etdiyi kimi, Nardaran qəsəbəsi də inkişaf etməlidir.

Milli Məclisin deputatı Rövşən Rzayev Trend-ə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması çox alqışlanan haldır.

Deputat bu vəsait hesabına Nardaran sakinlərinin problemlərinin həll ediləcəyinə ümid etdiyini deyib: “Nardaranda Azərbaycanın dövlət quruculuğuna uyğun olmayan hadisələr baş verdi. Orada olan problemlər həqiqətən də öz həllini tapmalıdır. Mənə elə gəlir ki, müəyyən orqanlar öz işlərini vaxtilə düzgün qursaydılar, bu problemlər çoxdan öz həllini tapa bilərdi. Ona görə də bu sərəncamı çox dəyərləndirirəm və vacib hesab edirəm”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Deputat Azərbaycanın bütün bölgələri Nardaran inkişaf etməlidir

RƏYLƏR


Top news