İtlərin peyvəndlənməsi insanlarda quduzluğun qarşısının alınmasında ən ucuz müalicə üsuludur

İtlərin peyvəndlənməsi insanlarda quduzluğun qarşısının alınmasında ən ucuz müalicə üsuludur
17:48 11 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatı (DST) insanlarda quduzluq xəstəliyinin qarşısının alınması üzrə yeni tövsiyələrini təqdim edib.
AZƏRTAC BMT-nin İnformasiya mərkəzinə istinadla xəbər verir ki, ekspertlər quduzluğun ləğvinə itlərin peyvəndlənməsi yolu ilə nail olmaq istəyirlər.
“Quduz itlərin dişləməsinə məruz qalanların müalicəsi baha başa gəlir. Bir çox Asiya və Afrika ölkələrində insanların quduzluğa qarşı dərman almağa imkanları çatmır. Əgər biz yeni tövsiyələri əsas götürsək, onda insanlarda quduzluq keçmişə qalacaq”, - deyə DST-nin baş direktoru Marqaret Çan bildirib.
Hər il on minlərlə insan heyvan dişləməsi nəticəsində həyatını itirir. Quduz heyvanların sancmalarına məruz qalan insanların təxminən 40 faizi 15 yaşadək uşaqlardır. Asiya və Afrika ölkələrində quduzluqdan hər on dəqiqədə bir nəfər ölür.
Dünyada hər il 15 milyondan çox insan quduz it dişləməsindən sonra xəstəliyin inkişafının qarşısını almaq üçün peyvənd alır. Bu, yüz minlərlə insanın həyatını xilas edir. Ancaq peyvəndin orta qiyməti 40-50 dollardır.
DST-nin ekspertləri belə hesab edirlər ki, itlərin peyvənd olunması quduzluq xəstəliyinin qarşısının alınması üçün daha effektiv və ucuzdur. İtlərin quduzluğunun qarşısını alan vaksin təhlükəsiz və səmərəli olmaqla, qiyməti təxminən bir dollardır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Itlerin_peyvendlenmesi_insanlarda_quduzlugun_qarsisinin_alinmasinda_en_ucuz_mualice_usuludur-910421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR