Ümummilli lider Heydər Əliyev regionun geosiyasi vəziyyətini dəyişdirən addımlar atıb

Ümummilli lider Heydər Əliyev regionun geosiyasi vəziyyətini dəyişdirən addımlar atıb
17:53 11 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev regionun geosiyasi vəziyyətini dəyişdirən addımlar atıb.
Bu sözlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Heydər Əliyev Mərkəzi tərəfindən yaradılmış “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dekabrın 11-də Ulu Öndərin anma günü ilə bağlı keçirilən tədbirdə səslənib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin DİA-dakı büstü önünə tər güllər düzüb, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmləndirilməsində və inkişafındakı misilsiz xidmətlərini xüsusi vurğulayıb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin adının ölkəmizin tarixinə əbədi həkk olunduğu, Ümummilli Liderin xatirəsinin xalqımız tərəfindən həmişə dərin ehtiramla yad edildiyi diqqətə çatdırılıb.
Digər çıxış edənlər bildiriblər ki, ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Qeyd edilib ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_lider_Heyder_Aliyev_regionun_geosiyasi_veziyyetini_deyisdiren_addimlar_atib-910426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR