Mərkəzi yollardan biri bağlanır

Mərkəzi yollardan biri bağlanır
17:57 11 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 12-dən etibarən Bakının Bülbül prospektinin Xaqani və Zərifə Əliyeva küçələri ilə kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanacaq.

Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, avtomobillərin hərəkətinə qoyulacaq məhdudiyyətlər dekabrın 13-dən 14-nə keçən gecə aradan qaldırılacaq.

Xatırladaq ki, "Formula 1" yarışından öncə salınacaq və yarış standartına cavab verən yenilənmiş yollar daimidir və Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR