Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Nargis Fund" "Soyuq Əllər, İsti Ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkasına dəvət edir!

"Nargis Fund" "Soyuq Əllər, İsti Ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkasına dəvət edir!

Assets of Azerbaijani Armed Forces Assistance Fund rise (01 December 2016 17:46)

Date: 11 December 2015 18:05

Fəvvarələr meydanında baş sponsor Amapola Exclusive Events-in təşkilati dəstəyilə "Soyuq Əllər, İsti Ürək: Mələklər" adlı xeyriyyə yarmarkası davam edir.

Dekabr ayının 13-ü, saat 11.00-dan 14.00-dək yarmarka "Ümid yeri" uşaq evinin kiçik sakinlərinə həsr olunacaq. Onlar üçün DJ J-OF-un, aparıcı könüllülər Səbinə və Turalın, animator kuklaların, şou-men Kamran Razmovarın, sehrbaz Rasimin, Jam SS rəqs məktəbinin - Nərminə Əsədovanın Baby class və Junior class şagirdlərinin və DJ V-nin iştirakı ilə maraqlı şou - proqram təşkil olunacaq. Karuseldə əyləndikdən sonra uşaqları "Fresh Catering" tərəfindən nahar gözləyir. Nahardan sonra və ya əyləncə zamanı uşaqlar Aynur xanıma feys-art üçün müraciət edə bilərlər. Tədbirin sonunda uşaqlara "Olive Media", "Nargis Fund", "Grafika" və "The Entertainer" mağazası tərəfindən hədiyyələr təqdim olunacaq.

Axşam saat 19.40-dan 22.00-dək isə şəhər sakinləri və qonaqlar üçün əyləncəli proqram nümayiş olunacaq. Murad Arifin aparıcılığı ilə keçiriləcək şou-proqramda AiSel-in, Azad Şabanovun, Çingiz Mustafayev və Palmas-ın, DiHaj-ın və DJ V-nin çıxışları yer alacaq.

Ənənəyə uyğun olaraq, "Nargis Fund"-un təşkilatçılığı və "Amapola Exclusive Events"-in baş sponsorluğu ilə keçirilən xeyriyyə yarmarkasından əldə olunan vəsait müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf olunacaq.

"Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası haqqında daha ətraflı məlumatı tədbirin rəsmi səhifələrindən əldə edə bilərsiniz:

İnstagram: Soyuqelleristiurek

Facebook: 

https://www.facebook.com/soyuqelleristiurek/info/?tab=page_info

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az


Tags:  Nargis Fund Soyuq Əllər İsti Ürək Mələklər Yeni il xeyriyyə yarmarkasına dəvət edir



RƏYLƏR


Top news