Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Arşın mal alan” operettası İsveçdə səhnəyə qoyula bilər

“Arşın mal alan” operettası İsveçdə səhnəyə qoyula bilər

Date: 11 December 2015 18:07

Bakı. 11 sentyabr. REPORT.AZ/ Dahi Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" operettası İsveç teatrlarının birində tamaşaya qoyula bilər.
"Report" xəbər verir ki, bu məsələ Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevin İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Tomas Danestadla görüşündə müzakirə olunub. Ə.Lalayev 2015-ci ildə dahi Üzeyir bəyin 130 illik yubileyinin qeyd edildiyini bildirib və əlavə edib ki, "Arşın mal alan" operettasını İsveçdə hazırlamaq maraqlı olar.
İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Tomas Danestad təklifi bəyənib. O qeyd edib ki, "Arşın mal alan" operettasını İsveçdə tamaşaya qoyulması dəyərli ideyadır: "Bu ideyanın baş tutması üçün çalışmaq lazımdır".
Qeyd edək ki, görüşdə qarşılıqlı yaradıcılıq mübadiləsinin aparılması ilə bağlı müzakirələr olub. Həmçinin, iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor və aktyorların müvafiq olaraq Azərbaycana və İsveçə dəvət edilərək səhnə əsərlərinə quruluş verilməsi barədə fikir mübadiləsi edilib.


Tags:  Arşın mal alan operettası İsveçdə səhnəyə qoyula bilər

RƏYLƏR


Top news