Baş Prokurorluqda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Baş Prokurorluqda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
18:08 11 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Baş Prokurorluqda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, ötən əsrin 60-cı illərindən başlayaraq ölkəmizin 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi formalaşan Azərbaycan Respublikasının və xalqımızın taleyi Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olub. Bu müddət ərzində Ulu Öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşərək siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi dövlətdə, demokratik dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə edib. Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycan Respublikasına rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, o, sovet dönəmində ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarıb, dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrdə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraiti yaradıb, daha sonra isə Azərbaycanın inkişaf etmiş bir ölkəyə çevrilməsini şərtləndirən misli görünməmiş quruculuq işlərini həyata keçirib.
Bildirilib ki, doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olub və millətinə rəhbərlik edib. Bu yolda çox böyük maneələrlə rastlaşması, fiziki cəhətdən məhv edilmək təhlükəsi, çoxsaylı sui-qəsd və terror cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyətli hərəkətləri, ən əsası-xalqının dəstəyi nəticəsində doğma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlamış və müstəqil inkişaf yoluna çıxarıb.
Xüsusi vurğulanıb ki, Azərbaycan Respublikasının tarixinə sabitlik və inkişaf dövrü kimi daxil olan 1993-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyimizin ideoloji əsasları yaradılıb, o cümlədən azərbaycançılıq məfkurəsi formalaşdırılıb, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi münasibətlər bərqərar olub, Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edilməklə hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atılıb, demokratik və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görülüb.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın təbii ehtiyatlarından ölkənin milli maraqları naminə səmərəli istifadə edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, ölkə iqtisadiyyatı və bütövlükdə ölkənin gələcəyi üçün həlledici amil olan “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı üçün hərtərəfli zəmin yaradılıb. Azərbaycanı bütün dünyaya tanıdan bu müqavilə irimiqyaslı xarici investisiyaların ölkəyə axını üçün böyük stimul oldu, ölkəmizin dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyasının əsasını qoydu.
Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından olan prokurorluq orqanlarının yenidən formalaşması ilk növbədə, ulu öndər Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub. 2003-cü ildən etibarən Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Azərbaycan Prokurorluğunun inkişaf tarixində hərtərəfli müasirləşdirmə və təkmilləşdirmə dövrünün əsasını qoyan dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”na, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün böyük imkanlar yaradıb.
Xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin 2003-cü ildən etibarən dövlət başçısı kimi fəaliyyəti Heydər Əliyev ideyalarının yaşaması və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsinin və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisinin bariz göstəricisidir. Bu gün bütövlükdə ölkəmizin, eyni zamanda, hər bir bölgənin hərtərəfli sosial-iqtisadi inkişafına nail olunub, demokratik vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi istiqamətində inamlı addımlar atılıb, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən ölkəmiz regionun aparıcı dövləti statusunu özündə saxlamış, enerji layihələrinin reallaşdırılması istiqamətində böyük işlər görülüb. Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısı İlham Əliyevin nitqində göstərildiyi kimi, ölkə iqtisadiyyatı uğurla inkişaf edib, bütün makroiqtisadi göstəricilər yüksək səviyyəyə çatıb, iqtisadi sahədə aparılan düşünülmüş siyasət qlobal iqtisadi maliyyə böhranı şəraitində Azərbaycan uğurlu iqtisadi inkişafını, ümumi daxili məhsulun əhəmiyyətli artımını təmin etmiş, nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilib.
Həyata keçirilmiş böyük quruculuq işləri və mütərəqqi islahatların nəticəsidir ki, əldə edilmiş uğurlar beynəlxalq maliyyə qurumları tərəfindən yüksək dəyərləndirilib, dünyanın nüfuzlu iqtisadi institutu olan Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı, MDB məkanı üzrə isə birinci yerdə qərarlaşıb.
Heydər Əliyev ideyalarının ardıcıl surətdə reallaşdırılmasının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq ilk Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi, paytaxtımızın 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna və 2017-ci ildə daha bir möhtəşəm tədbirə - İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyi ölkəmizin böyük uğuru kimi dəyərləndirilib.
Anım mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi dövlət başçısı İlham Əliyevi əmin edib ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun formalaşdırdığı siyasi kursa sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək.
Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Əbədiyyət: Heydər Əliyev və Dövlət quruculuğu” filmi nümayiş etdirilib.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Aysel yeni verilişindən danışdı

20 İyul 2017 16:55

Nazirlikdən təhlükəli virus XƏBƏRDARLIĞI

20 İyul 2017 16:53

"İnter" 40-ın astanasında

20 İyul 2017 16:52

"Xarici ölkədə işləmək istəyirəm"

20 İyul 2017 16:51

Hacıbala Abutalıbovun müavini istirahətdə vəfat etdi

20 İyul 2017 16:48

Türkiyənin Azərbaycandakı səfiri jurnalistlərlə görüşüb

20 İyul 2017 16:47

Pensiyaçıların sayı AÇIQLANDI

20 İyul 2017 16:47

Gəncə stadionunun son durumu - FOTO

20 İyul 2017 16:42

Əvəz Ələkbərova fəxri ad verilib

20 İyul 2017 16:39

Əmək pensiyaçılarının sayı açıqlandı

20 İyul 2017 16:38

Prezident Əvəz Ələkbərova "Əməkdar müəllim" fəxri adı verdi

20 İyul 2017 16:37

"Azəriqaz" binanın partlamasını gözləyir? - "Bloka qaz sızdı"

20 İyul 2017 16:37

Məşhur modellər lüt şəkillərini paylaşdı - FOTO

20 İyul 2017 16:33

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

20 İyul 2017 16:32

Sirniyyatın içində narkotik aşkarlandı

20 İyul 2017 16:30

Sumqayıt yolunda tələbələrin öldüyü qorxunc qəzada sağ qalan şəxsdən QANDONDURAN SÖZLƏR

20 İyul 2017 16:23

Ağalar Vəliyev ordenlə təltif edildi

20 İyul 2017 16:23

Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsi davam etdirilib

20 İyul 2017 16:22

Azərbaycanda nə qədər pensiyaçı var? - AÇIQLANDI

20 İyul 2017 16:19

“28 Mall”da ermənipərəst turist qalmaqal yaratdı - FOTO

20 İyul 2017 16:18

Oğuz və ətraf rayonlardan olan sahibkarlara 515 min manat güzəştli kredit verilib

20 İyul 2017 16:17

Fəhlələr krandan yıxıldılar: 2 ölü, 4 yaralı - Türkiyədə

20 İyul 2017 16:17

Çilli xanımlara

20 İyul 2017 16:17

"Seçim niyyətin özü kimi şəffaf olmalı idi"

20 İyul 2017 16:15

Gələn həftədən müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

20 İyul 2017 16:13

"Embalo Azərbaycana getməkdə həvəsli deyil"

20 İyul 2017 16:12

Azərbaycan gömrükçüləri şirniyyatın içində gizlədilmiş narkotik vasitə və psixotrop maddə aşkar edib

20 İyul 2017 16:12

Anar Nağılbaz Dado ilə Natavanın toyunda - FOTlar

20 İyul 2017 16:12

"Milan"ın futbolçusu "Yuventus"da - RƏSMİ

20 İyul 2017 16:07

"Qarabağ"dan bir ilk: Biletlərin üzərində loqo olmayacaq

20 İyul 2017 16:07

Nazim xanımı və qızı ilə - FOTOlar

20 İyul 2017 16:05

ABŞ-da erməni haker 5 il azadlıqdan məhrum edildi

20 İyul 2017 16:05

Rusiya raket kompleksi bazarını ələ keçirir

20 İyul 2017 16:03

"Ailəmi bir yerə toplayıb, çılpaq gəzəcəm"

20 İyul 2017 16:03

“Standard Insurance”in nizamnamə kapitalının artırılmasına qərar verilib

20 İyul 2017 16:02

"Qarabağ" klubu Azərbaycanda bilet satışı ilə bağlı ilkə imza atıb

20 İyul 2017 16:02

SORĞU: Ərəb turistlərin çoxluğu sizi narahat edir?

20 İyul 2017 16:02

ECB faizləri dəyişməyib

20 İyul 2017 15:57

İqlimşünas: “Hazırda Azərbaycanda dayanıqlı tropik hava kütlələri hökm sürür”

20 İyul 2017 15:57

"28 Mall"da ermənipərəst turisti paltarını çıxarmağa məcbur etdilər - FOTO

20 İyul 2017 15:57

Ölkəmiz gerilədi, amma... - ƏMSALLAR CƏDVƏLİ

20 İyul 2017 15:57

BAKI: Avtobusda qalmaqal

20 İyul 2017 15:56

İŞİD partizan savaşına hazırlaşır

20 İyul 2017 15:53

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatına dair elektron xidmətlərdən 130 min yaxın insan istifadə edib

20 İyul 2017 15:52

Ayxan Abbasov: "Mərhələ keçmək şansımız var"

20 İyul 2017 15:52

Rusiyadan prezidentlərin görüşü haqqında AÇIQLAMA

20 İyul 2017 15:48

Yanacaqdaşıyan avtomobillər günorta yola çıxa bilərmi?

20 İyul 2017 15:46

Ağalar Vəliyev ordenlə təltif edildi

20 İyul 2017 15:42

Ağdaş sakini Bakıda arvadını başqa kişi ilə tutdu... – TÜKÜRPƏDƏN TƏFƏRRÜAT

20 İyul 2017 15:38

BAXCP sədri jurnalistləri təbrik etdi

20 İyul 2017 15:38