Rəsulzadəni təhqir edən deputatın qardaşı bıçaqlandı - QALMAQAL

Rəsulzadəni təhqir edən deputatın qardaşı bıçaqlandı - QALMAQAL
18:12 11 Dekabr 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

Məhəmməd Əmin Rəsulzadəni təhqir etməklə gündəmə gələn və Gəncədən yeni seçilmiş deputat Naqif Həmzəyevin adı növbəti qalmaqalda hallanır. Bu dəfə yayılan məlumatda gənc deputatın qardaşının bıçaqlandığı deyilir.

Milli.Az xəbər verir ki, bu barədə "Yeni Müsavat" yazıb.

Qəzetin məlumatına görə, artıq bu barədə bir neçə gündür ki, bəzi mətbuat orqanlarında yazılar dərc edilir.

"Deputatın qardaşının bıçaqlanması haqda məlumat bu xəbərlər yayılmamışdan bir neçə gün əvvəl redaksiyamıza daxil olmuşdu.

Musavat.com-un əldə etdiyi məlumatda bildirilir ki, deputatın qardaşı Saqif Həmzəyev noyabrın 20-də bıçaqlanıb. Hadisə Yeni Gəncə qəsəbəsi Mehmandarov küçəsinin yaxınlığında baş verib.

Deputatın qardaşının bıçaqlanmasının səbəbi qeyd edilən ünvanda avtoxuliqanlıq etməsi olub. Avtoxuliqanlıq edən Saqif Həmzəyev bu hərəkətləri ilə ətrafda yaşayan gənclərin qəzəbinə tuş gəlib. Onlar arasında yaranan mübahisə deputatın qardaşının bıçaqlanması ilə nəticələnib. S.Həmzəyevin bıçaqlanma xəbərinin mətbuata çıxmaması üçün deputat tərəfindən böyük səylər göstərilib.

Hadisənin mətbuata çıxması isə Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadəni təhqir etməsindən bir neçə gün sonraya təsadüf edir. Hazırda deputatın qardaşı müalicə alır. Onun həyati təhlükəsi yoxdur.

Əldə etdiyimiz məlumata görə, iş Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Elçin Əzizov tərəfindən araşdırılır.

Hadisə ilə bağlı rəsmi qurumların da mövqeyini öyrənməyə çalışdıq. Əvvəlcə Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Elçin Əzizovla əlaqə saxladıq. E.Əzizova hadisə ilə bağlı əlavə məlumat öyrənmək istədiyimizi, deputatın qardaşını bıçaqlayan şəxs və ya şəxslərin tutulub-tutulmamasını öyrənmək istədiyimizi dedik. Müstəntiq isə bildirdi ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin icazəsi olmadan bu haqda heç bir məlumat verə bilməz. Müstəntiq hadisəni təkzib və ya təsdiq etmədi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə musavat.com-a açıqlamasında bildirdi ki, bu barədə nazirliyin mətbuat xidmətində heç bir məlumat yoxdur. Ancaq E.Zahidov da hadisəni təkzib etmədi.

Məsələ ilə bağlı qalmaqallı deputat Naqif Həmzəyevin də fikirlərini öyrənməyə çalışdıq. Lakin bir neçə dəfə cəhd etsək də, deputat zənglərimizə cavab vermədi", - deyə, "Yeni Müsavat" qeyd edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR