Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Ərdoğan: "İraqda terrorçulara qarşı mübarizə təlimlərini razılaşma çərçivəsində davam etdirəcəyik"

Date: 11 December 2015 18:17

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana rəsmi səfərə gedərkən, Atatürk Hava limanında bildirib.
İraqın Mosul əyalətindəki Başıka hərbi bazasındakı türk əsgərlərinin çıxarılması ilə bağlı rəsmi Bağdadın tələbələrinə münasibət bildirən prezident deyib: "İraq terrorçu qruplaşmaların toplaşdığı yerdir. Bağdad lazım olan tədbriləri görə bilmir. Terrorçulara qarşı mübarizə təlimlərini razılaşma çərçivəsində davam etdirəcəyik".
Türkiyə prezidenti qızı Esra Albayrakın dünən dünyaya gələn övladlarından da danışıb: "Şükür, sağlam bir oğlan dünyaya gəlib. Adı Sadikdir".
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin bir qrup əsgəri iki il yarımdır İraqın Mosul əyalətinin Başika rayonunda İraqın şimalındakı muxtar hökumətin silahlılarına terrorçuluğa qarşı mübarizə aparmaq üçün təlimlər keçir. 

Tags:  Ərdoğan İraqda terrorçulara qarşı mübarizə təlimlərini razılaşma çərçivəsində davam etdirəcəyik

RƏYLƏR


Top news