Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deputat: "Müəyyən orqanlar öz işlərini vaxtilə düzgün qursaydılar..."

Deputat: "Müəyyən orqanlar öz işlərini vaxtilə düzgün qursaydılar..."

Date: 11 December 2015 18:17

Azərbaycanın bütün bölgələri, bütün rayonları, bütün kəndləri inkişaf etdiyi kimi, Nardaran qəsəbəsi də inkişaf etməlidir.

Milli Məclisin deputatı Rövşən Rzayev Trend-ə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması çox alqışlanan haldır.

Deputat bu vəsait hesabına Nardaran sakinlərinin problemlərinin həll ediləcəyinə ümid etdiyini deyib: "Nardaranda Azərbaycanın dövlət quruculuğuna uyğun olmayan hadisələr baş verdi. Orada olan problemlər, həqiqətən də, öz həllini tapmalıdır. Mənə elə gəlir ki, müəyyən orqanlar öz işlərini vaxtilə düzgün qursaydılar, bu problemlər çoxdan öz həllini tapa bilərdi. Ona görə də bu sərəncamı çox dəyərləndirirəm və vacib hesab edirəm".

Milli.Az


Tags:  Deputat Müəyyən orqanlar öz işlərini vaxtilə düzgün qursaydılar


RƏYLƏR


Top news