Mərkəzi yollardan biri təmirə bağlanır

Mərkəzi yollardan biri təmirə bağlanır
18:21 11 Dekabr 2015
19 Şou
Ölkə mətbuatı
A- A+

Dekabrın 12-dən etibarən Bülbül küçəsinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanacaq. 

Axşam.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC məlumat yayıb. Avtomobillərin hərəkətinə qoyulacaq məhdudiyyətlər artıq dekabrın 13-dən 14-nə keçən gecə - bazar ertəsi aradan qaldırılacaq.

Məlumata görə, təmir işləri gələn il iyun ayında Bakıda keçiriləcək "Formula 1" yarışına hazırlıq işləri çərçivəsində həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR