Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur müğənni fırıldaqçıları ifşa etdi (FOTO)

Məşhur müğənni fırıldaqçıları ifşa etdi (FOTO)

Date: 11 December 2015 18:21

Türkiyənin məşhur müğənnisi Gülben Ergen sosial şəbəkədə fırıldaqçıları aşkar edib.

ANS PRESS-in məlumatına görə, ifaçı “İnstaqram” səhifəsində onun şəkillərinə qərəzli şərh yazan izləyicilərini tapıb.

Müğənni fırıldaqçıların “İnstaqram” səhifəsini skrinşot edərək öz səhifəsində paylaşıb.

Belə ki, həmin izləyicilər bir neçə saxta profil açaraq sənətçinin şəkillərinə uyğun olmayan şərhlər yazıblar.

“İşini gücünü atıb mənim şəkillərimə yersiz şərh yazanların günlərinə baxın. Yeni hesab açıb bura qusurlar. Təəsüflər olsun sizə! Nə çox vaxtınlız var. Şəxsiyətsizlər kimin adamısız görəsən” - deyə müğənni “İnstaqram” səhifəsində hiddətini bildirib.


Gülben Ergenin "İnstaqram" səhifəsi


Bir müddət əvvəl Türkiyənin tanınmış modeli Dəniz Akkaya da sosial şəbəkədə izləyicisini biabır edib. Model “İnstaqram” hesabında qadın izləyicisinin təhqirinə dözə bilməyərək od püskürüb.

"Sizlərə bir nəfəri göstərəcəm. Səhifəmdə gözəlliyini paylaşmaqdan ehtiyat etməyən bu xanım, dünən gecə mən yatan zamanı mənim şəklimin altında mənə çirkin və çəpgöz yazaraq köhnə halımın daha gözəl olduğumu yazıb. Mən də bu cümlələri yazan gözələ girib baxdım, ölçüb biçəndən sonra haqlı olduğumu və dözə bilməyərək (onun şəklini) sizlərlə paylaşdım”


Dəniz Akkayanın "İnstaqram" səhifəsi

Tags:  Məşhur müğənni fırıldaqçıları ifşa etdi FOTO

RƏYLƏR


Top news