Əli Həsənov: "O günləri heç zaman unutmayacağıq"

Əli Həsənov: "O günləri heç zaman unutmayacağıq"
18:23 11 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov dekabrın 11-də ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və “İnkişaf Proqramı”nın rezident nümayəndəsi Antonius Bruku qəbul edib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ə.Həsənov A.Brukun ölkəmizdəki uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirib, dövlətimizin başçısının Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 70 illik yubileyi münasibətilə, BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə onun Azərbaycanın yüksək medalı olan “Tərəqqi” medalı ilə təltif edildiyi üçün onu təbrik edib, ölkəmiz ilə BMT arasındakı əməkdaşlığımızın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə etmiş və diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT agentlikləri arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçildiyi vurğulanıb və bir daha bildirilib ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bütün bunlar da istər BMT QAK-ın ali komissar, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.

Baş nazirin müavini münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib və qeyd edib ki, olkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən ümumilikdə indiyədək qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün 1 milyard dollar vəsait sərf olunub. BMT-nin agentlikləri tərəfindən indiyədək Azərbaycanda humanitar və inkişaf layihələrinə 300 milyon dollar həcmində vəsait ayrılıb, ondan 110 milyon dollar BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin xətti ilə, 100 milyon dollar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin xətti ilə və qalan vəsait isə digər BMT agentlikləri tərəfindən müxtəlif humanitar və inkişaf layihələrinə sərf edilib.

Görüşdə Ə.Həsənov bildirib: "Problem yarananda ilk ölkəyə gələn BMT qurumları olub. O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan heç bir imkanı olmayıb. Əgər bu humanitar təşkilatlar o vaxt ölkəyə gəlməsəydilər, ölkədə humanitar fəlakət yaranardı. Bu gün Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Lakin biz o günləri heç zaman unutmayacağıq".

Baş nazirin müavini Əli Həsənov BMT-nin Azərbaycandakı rezident əlaqələndiriciləri ilə görüşlərini minnətdarlıqla xatırlayıb və qeyd edib ki, BMT agentlikləri 20 il ərzində olkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar arasında ən nüfuzlu qurumlar olub. Fəaliyyət müddəti ərzində bu təşkilat heç zaman öz nizamnaməsindən kənara çıxmayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.

Münaqişənin həllində vasitəçilik missiyası həvalə olunmuş ATƏT-in Minsk qrupunun heç bir irəliləyişə nail ola bilmədiyindən, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞ PA-nın, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qətnamələrin yerinə yetirilməməsinə toxunan Baş nazirin müavini deyib: “Ermənistanda olan rejim qeyri-demokratik bir rejimdir və bu, bütün dünyaya bəllidir. Hazırda Ermənistanda hakimiyyətdə olanlar bu problemin üzərində hakimiyyətə gəliblər. Onlar isə bu problemin həllinə getməyəcəklər. Dünyanın böyük dövlətləri isə bu problemin həll edilməsinə laqeyd yanaşırlar. Nəticədə günahsız insanlar əziyyət çəkirlər. Biz isə Sizinlə bu problemin humanitar tərəfləri ilə məşğul oluruq. Ancaq dünyada ədalətsizliklər daim davam edə bilməz”.

BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən diplomat Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

BMT-nin rezident əlaqələndiricisi A.Bruk Azərbaycanın “Tərəqqi” medalına layiq görülməsini onların fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Sonda diplomat səmimi qəbula görə minnətdarlığını ifadə edərək Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb və Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

BAKIDA İNANILMAZ HADİSƏ: qarnından qaşıq çıxarıldı

23 İyun 2017 16:39

11 yaşlı uşaq çayda boğuldu

23 İyun 2017 16:38

Belarus son 6 ildə ilk dəfə avrobond yerləşdirib

23 İyun 2017 16:37

Yaponiya hökuməti terrorçu PKK-ya qoşulan yaponu vətəndaşlıqdan çıxarıb

23 İyun 2017 16:37

ADU-da “Azərbaycan ordusunda tolerantlıq” mövzusunda tədbir keçirilib (FOTO)

23 İyun 2017 16:36

Putinin agentləri Poroşenkonu mühasirəyə alıb – ŞOK İDİDİA

23 İyun 2017 16:33

Ucarda 11 yaşlı uşaq çaya düşərək boğulub

23 İyun 2017 16:32

Plastik şüşələri ATMAYIN!

23 İyun 2017 16:31

Fəvvarələr meydanında estrada ifaçılarının konserti olacaq

23 İyun 2017 16:29

Ueldanovun cinayət işi geri qaytarıldı

23 İyun 2017 16:29

Bakıda keçirilən “Formula 1” yarışında dəhşətli qəza - FOTO-VİDEO

23 İyun 2017 16:27

Sosial evlər üçün müraciətlər artır: İlk müraciət ilk mənzil deməkdir?

23 İyun 2017 16:23

Bakıda Vərəm Dispanserdə qayınanasını öldürən şəxsin məhkəməsində həkim ifadə verib

23 İyun 2017 16:22

"Honda" Bakıya təkmilləşdirilmiş daxiliyanma mühərriki gətirdi

23 İyun 2017 16:22

Şəhərətrafı ərazilərə yeni avtobuslar veriləcək

23 İyun 2017 16:21

“Beşiktaş” Pepedən cavab gözləyir

23 İyun 2017 16:19

Bu ailələrə təzminat ödəndi

23 İyun 2017 16:19

Lenindən Qorbaçova qədər... - Sovet rəhbərləri bu avtomobillərdə GƏZİRDİ - FOTOLAR

23 İyun 2017 16:18

Əkrəm Həsənov: "KPMG"-nin audit apardığı banklar müflis olur"

23 İyun 2017 16:17

Bakıda "Formula- 1"lə əlaqədar banklar gücləndirilimiş rejimində işləyəcək

23 İyun 2017 16:17

Bu yayın ən bahalı 10 transferi - SİYAHI

23 İyun 2017 16:17

İlham Əliyev baş nazirin müavinini qəbul edib

23 İyun 2017 16:17

Deputatlarımız spikerin rəhbərliyi ilə Koreyaya gedir

23 İyun 2017 16:15

"Şort geymək nədir, camaatın anası, bacısı var" - SORĞU

23 İyun 2017 16:14

Ondan 12 kiloqram narkotik götürüldü

23 İyun 2017 16:14

Vatsapdan möhtəşəm YENİLİK

23 İyun 2017 16:13

"Şou-biznesimiz bir mafiyadır"

23 İyun 2017 16:11

Hindistan loukosteri Azərbaycana aviareys açmağı planlaşdırır

23 İyun 2017 16:08

Avtobus sürücülərinə sərt CƏZALAR - FOTOLAR

23 İyun 2017 16:08

Nikol Şerzinger Bakıda - FOTO

23 İyun 2017 16:05

İŞİD sosial şəbəkələri qadağan etdi

23 İyun 2017 16:05

Putin Ərdoğana zəng etdi

23 İyun 2017 16:03

İraqda partlayış törədilib, 9 nəfər ölüb, 11 nəfər yaralanıb

23 İyun 2017 16:02

Bakıda Ramazan bayramı ilə bağlı konsert olacaq

23 İyun 2017 16:01

Dostuna qarşı 20 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı

23 İyun 2017 16:01

Cavid Qurbanov AHİK-in medalı ilə təltif olunub

23 İyun 2017 16:01

AMEA alimlərin ev qalmaqalına aydınlıq gətirdi

23 İyun 2017 15:58

Muğam müsabiqəsində rüşvət qalmaqalı böyüdü

23 İyun 2017 15:58

Ross Braun: Formula 1 yarışlarının formatı dəyişdirilə bilər

23 İyun 2017 15:55

Azərbaycanlı müğənni: "Şou-biznes mafiyadır" - FOTOLAR

23 İyun 2017 15:54

Ana ölən oğlunu almaza çevirdi - FOTOLAR

23 İyun 2017 15:53

Fransa neft və qaz hasilatına icazə verilməsini dayandırmaq niyyətindədir

23 İyun 2017 15:52

İOC prezidenti Beynəlxalq Olimpiya günü münasibətilə Azərbaycana ismarıc göndərib

23 İyun 2017 15:52

Əkrəm Həsənov: "Deyirlər ki, "Bank Standard"ın əmlakı artıq satılıb"

23 İyun 2017 15:52

Qapını açanı QİÇS-ə yoluxdururlar?

23 İyun 2017 15:52

ABŞ-ın viza sistemində dəyişklik

23 İyun 2017 15:48

Sumqayıtda XÜSUSİ ƏMƏLİYYAT - 12 kq narkotik götürüldü

23 İyun 2017 15:44

Palata: Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı bir sıra banklar gücləndirilmiş iş rejimində çalışacaq

23 İyun 2017 15:43

Bakıda Formula 2 pilotlarının sıralama turu başlayıb

23 İyun 2017 15:43

Narkotik maddələrin alqı-satqısı və kultivasiyası ilə məşğul olan 3 nəfərə qarşı xüsusi əməliyyat keçirilib

23 İyun 2017 15:42