Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan güləşçisi açıq Rusiya kuboku yarışlarında bürünc medal qazanıb

Azərbaycan güləşçisi açıq Rusiya kuboku yarışlarında bürünc medal qazanıb

Date: 11 December 2015 18:23


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Çeboksaridə Çuvaş Respublikası başçısının mükafatı uğrunda qadın güləşi üzrə açıq Rusiya kuboku yarışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirdə Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-dan olan idmançılar iştirak ediblər.
Azərbaycan yığma komandasının yarışa yollanan 3 üzvündən ikisi açıq Rusiya kuboku yarışlarında bürünc medal uğrunda görüşə çıxıb. Turnirdə 53 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova yerli güləşçilər Stalvira Orşuş və Yekaterina Krasnovanı üstələyərək yarımfinala yüksəlib. Monqolustan təmsilçisi Otqontsetseq Davaasuxa məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşə qatılıb. Güləşçimiz Qazaxıstan təmsilçisi Juldız Eşimovaya uduzaraq turniri beşinci pillədə başa vurub.
Digər idmançımız Tatyana Omelçenko (60 kq) mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşdə rusiyalı Yelizaveta Sorokina üzərində tam üstünlüklü qələbə qazanan güləşçimiz növbəti görüşdə digər yerli idmançı Lyubov Ovçarovaya məğlub olub. Rəqibin finala çıxması ilə Tatyana Omelçenko bürünc medal şansı əldə edib. Üçüncü yer uğrunda görüşdə Yekaterina Vyunovaya (Rusiya) qalib gələn güləşçimiz turnirin bürünc medalına sahib olub.

Tags:  Azərbaycan güləşçisi açıq Rusiya kuboku yarışlarında bürünc medal qazanıb



RƏYLƏR


Top news