Azərbaycanda icbari sığortaların elektron qaydada bağlanması təklif edilir

18:23 11 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

İcbari tibbi sığorta üzrə ödənişlərin həcmi... (14 İyun 2017 13:53)
"Ödənişlər elə olmalıdır ki..." - Əli Əhmədov icbari tibbi sığortadan danışdı (14 İyun 2017 13:29)
"İcbari tibbi sığorta haqları vətəndaşlar üçün məqbul səviyyədə olmalıdır" (14 İyun 2017 13:27)


Bakı, 11 dekabr, AZƏRTAC 
Dekabrın 11-də V çağırış Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı özülündə baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “İcbari sığortalar haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə qanun layihələri müzakirə edilib.
Komitə sədri Ziyad Səmədzadə bildirib ki, son illərdə Azərbaycanda sığorta bazarı daha sürətlə inkişaf etməyə başlayıb. Azərbaycanın sığorta bazarında çox müsbət dəyişikliklər olub, bu sahə ilə bağlı bir sıra qanunlar qəbul edilib. Hər iki qanun layihəsinin qəbulu bu sahənin inkişafına töhfə verəcək.
İclasda Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov çıxış edərək layihələr barədə məlumat verib. Bildirilib ki, qanun layihələrində edilən dəyişikliklər sığorta sektorunda ödəniş sisteminin təkmilləşdirilməsi və nağdsız dövriyyənin artırılması məqsədilə hazırlanıb. Sığorta bazarı, xüsusilə icbari sığortada nağd dövriyyənin payı yüksəkdir. Son illərdə aparılan təhlillər göstərir ki, beynəlxalq səviyyədə bu problemin həll olunmasının ən səmərəli yolu nağd dövriyyənin azaldılması və nağdsız ödənişlərə yol açmaqdır. Nağdsız ödənişlərin artırılması üçün bir sıra təkliflər var. Bu, qanun layihəsində öz əksini tapıb. Təkliflərdən biri ondan ibarətdir ki, icbari sığorta müqavilələri elektron sənəd formasında bağlanılsın. Elektron sənəd yolu ilə müqavilənin bağlanılması sığorta şirkətlərinin xərcinin azaldılmasına səbəb ola, eyni zamanda, sığorta haqlarının azalmasına imkan verə bilər. Bu baxımdan sığorta şirkətləri müəyyən güzəştlər tətbiq edə bilərlər.
Qeyd edilib ki, “İcbari sığortalar haqqında” Qanunun “İcbari sığorta haqqında” və “İnformasiya sisteminin məlumatlarla təchiz edilməsi haqqında” bölmələrinə yeni hissələr və maddələr əlavə edilib. Bunlar standart və sərhəd sığorta müqavilələrinin bağlanmasına və avtonəqliyyat vasitəsinə dəyən zərərlərin tənzimlənməsi haqqında əlavə bəndlərdir.
İclasda komitə üzvləri dəyişikliklərin vacib olduğunu söyləyib, ölkənin sığorta sistemində baş verən əsaslı dəyişikliklər barədə fikirlərini bildiriblər.
Müzakirələrdən sonra hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İlham Əliyev xorvatiyalı həmkarını təbrik etdi

24 İyun 2017 18:05

Formula 1 fanatları Bakının gəzməli yerlərini öyrənirlər (FOTO)

24 İyun 2017 17:55

Evinizdəki zibilləri atmasanız nə baş verər? - FOTO

24 İyun 2017 17:53

Aparıcının qızının bu fotoları atasını əsəbiləşdirəcək

24 İyun 2017 17:52

Formula 1: Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib

24 İyun 2017 17:52

Azərbaycanda daha bir həkim QALMAQALI: yeni doğmuş anaya səhv qan köçürdülər - ŞOK OLAY

24 İyun 2017 17:49

Azərbaycanda ayaqqabı istehsalı azalıb

24 İyun 2017 17:47

Qumbara satdığı üçün tutuldu -

24 İyun 2017 17:46

Xalq artisti Azərbaycanda heç kimin etmədiyini reallaşdıracaq

24 İyun 2017 17:43

Formula 1 yarışlarında sıralama turunda 4 pilot yarışı dayandırıb

24 İyun 2017 17:43

Dünya bu cütlüklərdən danışır - İlanla, ölü ilə evlənən... - VİDEO - FOTO

24 İyun 2017 17:37

Colyon Palmer Formula 1 yarışlarının sıralama turuna çıxa bilməyib

24 İyun 2017 17:36

Bakıda Formula 1 zamanı problem yaşanıb? - AÇIQLAMA

24 İyun 2017 17:32

Günün matçlarını yayımlayacaq kanallar

24 İyun 2017 17:27

NATO-nun sirr kimi saxlanan Rusiya PLANI ÜZƏ ÇIXDI

24 İyun 2017 17:23

Məşhur rusiyalı aktrisa Anastasiya Zadorojnaya Bakıda Formula 1 yarışlarını izləyir (VİDEO)

24 İyun 2017 17:22

Formula 1 üzrə Azərbaycan Qran Prisinin sonuncu sərbəst yürüşünə yekun vurulub

24 İyun 2017 17:22

Formula 1 pilotunun bolidi yanıb -

24 İyun 2017 17:21

Bakıda keçmiş sevgilisini amansızca öldürən şəxslər bağlı RƏSMİ MƏLUMAT

24 İyun 2017 17:19

Yasamalda evə basqın edərək qətl törədən şəxs tutulub

24 İyun 2017 17:17

Hindistanda qəzəblənmiş fil avtomobili aşırdı (VİDEO)

24 İyun 2017 17:15

Xanım sürücü evakuator maşınını aparmasın deyə soyundu - VİDEO

24 İyun 2017 17:12

Palata Formula 1-lə əlaqədar xüsusi monitorinq qrupu yaradıb

24 İyun 2017 17:12

Flavio Briatore: “Bakının uzun müddət Formula 1-də qalacağına ümid edirəm”

24 İyun 2017 17:12

Aslı və Muraddan gözlənilməz qərar

24 İyun 2017 17:12

Bütün içkiləri su ilə əvəz etsəniz, orqanizmdə nə baş verəcək?

24 İyun 2017 17:08

Formula 1-lə əlaqədar banklar gücləndirilmiş rejimdə çalışır

24 İyun 2017 17:08

Bakıda Formula 1 pilotlarının sıralama turu başladı (CANLI)

24 İyun 2017 17:08

Conni Depp Trampdan üzr istədi

24 İyun 2017 17:05

İspan futbolçu karyerasını bitirdi

24 İyun 2017 17:05

Hindistan bütün ölkələri geridə qoyacaq - PROQNOZ

24 İyun 2017 16:58

Berni Ekklstoun: “Bakıya heç vaxt gəlməyənlərə bura səfər etməyi məsləhət görürəm”

24 İyun 2017 16:57

Ağır döyüşlər: 10 ölü, 20 yaralı

24 İyun 2017 16:53

Azyaşlıların sırğalarını soydu

24 İyun 2017 16:52

Azərbaycanda elektrik avadanlıqlarının istehsalı isə 2,1 dəfə artıb

24 İyun 2017 16:52

"Qarabağ" ilk əcnəbini transfer etdi -

24 İyun 2017 16:49

Fil fevtivalı döyüş meydanına çevirdi – VİDEO

24 İyun 2017 16:48

Acunun toyu 3 gün, 3 gecə olacaq

24 İyun 2017 16:42

Xırdalanda borc pula görə tanışını bıçaqlayan şəxsin cəzası endirilib

24 İyun 2017 16:42

ABŞ və Çin arasında bu ölkəyə qarşı TARİXİ RAZILAŞMA

24 İyun 2017 16:38

Elçin Sanqu yeni serialla qayıdır

24 İyun 2017 16:32

Aktauda islam həmrəyliyi ilə bağlı tədbir keçirilib

24 İyun 2017 16:29

İranlı azarkeş: Azərbaycan Formula 1 yarışını yüksək səviyyədə təşkil edib

24 İyun 2017 16:29

Estetik cərrahiyyədə birinci ledi dəbi

24 İyun 2017 16:28

Avropa Liqasına erkən vida

24 İyun 2017 16:27

Dibalanı yoldan çıxarırlar - SON DURUM

24 İyun 2017 16:27

Azərbaycanda gizli at əti BİZNESİ - İNANILMAZ FAKTLAR

24 İyun 2017 16:23

Rusiyanın ən məşhur qanuni oğrusunun bakılı qızının GƏNCƏ MACƏRASI - FOTO

24 İyun 2017 16:22

Şarl Lekler Bakıdakı qələbəsini üç gün əvvəl vəfat edən atasına həsr edib

24 İyun 2017 16:22

"Cəhənnəmin qapılarını bağladı" -

24 İyun 2017 16:21