Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi məsələləri GUAM-ın qərargahında müzakirə edilib

Cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi məsələləri GUAM-ın qərargahında müzakirə edilib

MDB XİN Şurasının növbəti iclasının vaxtı açıqlandı (23 Mart 2017 12:42)
GUAM-a üzv ölkələrin hökumət başçıları Kiyevə toplaşırlar (10 Mart 2017 14:52)
Baş katib: "GUAM məkanında münaqişələr beynəlxalq təhlükəsizlik və sabitliyə təhdiddir" (24 Fevral 2017 11:17)

Tarix: 11 Dekabr 2015 18:23


Kiyev, 11 dekabr, AZƏRTAC
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın (GUAM) Kiyevdəki mənzil-qərargahından AZƏRTAC-a verilən məlumata görə, Təşkilatın Ukrayna paytaxtındakı Katibliyində cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi məsələlərinə dair nazirlik və idarə rəhbərlərinin müavinləri səviyyəsində işçi qrupun 18-ci iclası keçirilib.
İclasın işində GUAM iştirakçısı olan dövlətlərin nümayəndələri iştirak ediblər. Yüksək səviyyəli bu tədbirdən bir gün əvvəl isə ekspertlər səviyyəsində iclas keçirilib.
Tərəflər həmin tədbirlərin nəticələri əsasında cari ildə görülmüş iş barədə qrupun hesabatını, habelə 2016-cı il üçün iş planını müzakirə və qəbul ediblər.
İşçi qrupun növbəti iclası 2016-cı ilin noyabr-dekabr aylarında keçiriləcək.

Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Teqlər:  Cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi məsələləri GUAM-ın qərargahında müzakirə edilib



RƏYLƏR


Top xəbərlər