Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daxili Qoşunların Baş İdarəsində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

Daxili Qoşunların Baş İdarəsində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

Date: 11 December 2015 18:28

Bakı. Trend:

Dekabrın 11-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib. Mərasimdə millət vəkili Zahid Oruc iştirak edib.

Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin ifa olunması ilə başlayıb.

Sonra Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Filmin nümayişindən sonra çıxış üçün söz millət vəkili Z.Oruca verilib. Heydər Əliyevin həyat və fəaliyyətinin hər birimiz üçün əsl örnək olduğunu söyləyən millət vəkili Ulu Öndərin dahi siyasətçi və dövlət xadimi kimi Azərbaycan tarixində silinməz izlər qoyduğunu bildirib. O qeyd edib ki, hələ gənc yaşlarından etibarən öz əqli, uzaqgörənliyi, istedadı, bacarığı ilə həmyaşıdlarından fərqlənən bu nadir şəxsiyyətin dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyəti Onun gələcəkdə dahi rəhbər olacağına bir işarə idi. Heydər Əliyev öz böyüklüyü ilə Azərbaycan xalqını ucaltdığını, onu dünyada tanıtdığını deyən Z.Oruc vurğulayıb ki, məhz dahi rəhbərin simasında dövlətimizin miqyası, siyasi xəritədəki yeri müəyyənləşdi.

Ulu Öndərin kiçik bir əyalətdə doğulduğunu, lakin böyük dünya hakimi kimi dünyanı tərk etdiyini söyləyən Milli Məclisin üzvü Z.Oruc Heydər Əliyev şəxsiyyətinin onilliklər sonra da Azərbaycan xalqı tərəfindən böyük qürur hissi ilə xatırlanacağına əminliyini ifadə edib.

Sonda çıxış üçün söz Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədova verilib. Anım gününün nəinki respublikamızda, dünyanın hər bir ölkəsində yaşayan soydaşlarımız tərəfindən qeyd olunduğunu bildirən general-leytenant Ş.Məmmədov müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız, dövlətimiz, millətimiz üçün etdiklərinin nəhayətsiz olduğunu bildirib. Əlavə edib ki, bu gün Ümummilli Lider tərəfindən qarşıya qoyulmuş vəzifələr ümumxalq sevgisi qazanmış Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Çıxışının sonunda Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov əminliklə bildirib ki, Daxili Qoşunların hərbi qulluqçuları bundan sonra da Ulu Öndərimizin ideyalarına sadiq olacaq, Vətənimizi Heydər Əliyev kimi sevəcək, dövlətimizə, dövlətçiliyimizə qarşı çıxanlarla barışmaz olacaq, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşəcək, onun əmr və göstərişlərini sözsüz yerinə yetirəcək. Daha sonra qeyd edib ki, Ümummilli Liderimizin daima Azərbaycanla, xalqımızla birgə olan ruhu qarşısında bunu etməyə hər birimiz borcluyuq.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Daxili Qoşunların Baş İdarəsində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib FOTO

RƏYLƏR


Top news