Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabunçu rayonunda Ulu Öndərin xatirəsi ehtiramla yad olunub

Sabunçu rayonunda Ulu Öndərin xatirəsi ehtiramla yad olunub

Date: 11 December 2015 18:28


Bakı, 11 dekabr, AZƏRTAC
Sabunçu rayonunda ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev bildirib ki, Azərbaycan bu gün dünyanın inkişaf etməkdə olan ölkələrinin ilk sırasında yer alır. Vaxtilə Ümummilli Liderin apardığı müdrik siyasət bu gün öz bəhrəsini verir. Şəhər və kəndlərimiz abadlaşır, inkişaf edir.
Qeyd olunub ki, müstəqil Azərbaycanda başlanan iqtisadi inkişaf və dirçəliş məhz Ulu Öndərin adı ilə bağlıdır. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanı yüksəliş yoluna çıxardı. Bu gün bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
Çıxışlarda bəşəri dəyərləri həmişə yüksək tutan Ulu Öndərin xalq qarşısında misilsiz xidmətlərindən danışılıb, görkəmli dövlət xadiminin ikinci dəfə hakimiyyətə gəlməsi xalqın nicatı kimi dəyərləndirilib.
Tədbirdə 148 nömrəli məktəbin şagirdlərinin hazırladıqları kompozisiyada Ulu Öndərə dərin sevgi və məhəbbət tərənnüm olunub. Poema və şeirlərdən səsləndirilən parçalarda Ümummilli Liderin Azərbaycana olan sevgisindən, xalqına tükənməz məhəbbətindən bəhs edilib.
Sabunçu rayon icra strukturları rəhbərlərinin, qonaqların, ziyalıların da iştirak etdiyi digər tədbirdə isə ulu öndər Heydər Əliyevin xalq və dövlət üçün gördüyü işlərdən danışılıb. Vurğulanıb ki, müstəqil Azərbaycanın yaradıcısı və memarı olan Heydər Əliyevin ideyaları bu gün reallığa çevrilib.


Tags:  Sabunçu rayonunda Ulu Öndərin xatirəsi ehtiramla yad olunub


RƏYLƏR


Top news