Bakı, 11 dekabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, din xadimi kimi təqdim olunan Nuhbala Rəhimov komitədə dövlət qeydiyyatından keçmiş hər hansı bir dini icmanın rəhbəri deyil. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsindən Dövlət Komitəsinə verilən məlumata əsasən, N.Rəhimovun din xadimi kimi də rəsmi təyinatı yoxdur.
Dini icması Dövlət Komitəsində qeydiyyatdan keçməmiş “Hüseyniyyə” məscidinin bağlanması barədə məlumata gəlincə, bildiririk ki, ümumiyyətlə, Nardarandakı ibadət evlərinin fəaliyyətinə Dövlət Komitəsi və hüquq mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib.