Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yamac qoynunda taxta ev

Yamac qoynunda taxta ev

Date: 11 December 2015 18:33


Bakı, 11 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Yaponiyanın “Life Style Koubou” memarlıq bürosunun layihəsi ilə bu ölkənin İbaraki şəhərində birmərtəbəli taxta ev inşa olunub.
AZƏRTAC “Arxinovosti” saytına istinadla xəbər verir ki, təbiətin qoynunda, yamacların birində tikilən ev iki möhtəşəm sütun üzərində dayanır. Evin bir hissəsində ümumi istifadə üçün yerlər, nahar otağı və mətbəx, digərində isə yataq otaqları yerləşir. Ev çoxsaylı kiçik pəncərələrdən ibarətdir ki, buradan da ətrafa gözəl mənzərə açılır.
Layihə müəllifləri hesab edirlər ki, evin mühəndis həlli zaman keçdikcə onu əhatə edən mühitlə daha sıx təmasa imkan verəcək.



Tags:  Yamac qoynunda taxta ev


RƏYLƏR


Top news