Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fəzail Ağamalı: Nardaran da Azərbaycanın ümumi inkişafında öz yerini tapmalıdır

Fəzail Ağamalı: Nardaran da Azərbaycanın ümumi inkişafında öz yerini tapmalıdır

Date: 11 December 2015 18:33

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması dövlət başçısının Nardaran qəsəbəsinə yüksək münasibətinin ifadəsidir. Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalının sözlərinə görə, Prezidentin bu addımı bir daha sübut edir ki, İlham Əliyev, özünün söylədiyi kimi, bütün Azərbaycan xalqının prezidentidir: "Ölkənin bütün yaşayış məntəqələri kimi, Nardaran da, nəhayət, Azərbaycanın ümumi inkişafında öz yerini tapmalıdır. Ümidvaram ki, bu sərəncam Nardaran əhalisi tərəfindən yüksək qiymətləndiriləcək və bu vəsait Nardaranın orta əsrlər dövründən müasir inkişaf səviyyəsinə qovuşmasına olduqca müsbət təsir göstərəcək”.

O bildirib ki, Nardaran ayrı-ayrı antiazərbaycan qüvvələrinin təsiri ilə illər uzunu Azərbaycanın ümumi inkişafından özünütəcrid vəziyyətində idi: "Dövlət dərəfindən edilən çağırışlara, atılan addımlara müsbət cavab verməyən müəyyən qüvvələr, nəhayət, özünün qarşısında Azərbaycan dövlətinin iradəsini gördü və son günlərdə hüquq-mühafizə orqanları tərəfindən atılmış əhəmiyyətli addımlar Azərbaycanın Konstitusiyasına və Azərbaycanın tutduğu yola, müəyyən etdiyi hədəflərin mahiyyətinə tamamilə uyğun idi”.

Millət vəkili vurğulayıb ki, dövlət öz addımını atdı, indi növbə Nardaranda yaşayan soydaşlarımızındır: “Onlar da dövlətin bu addımını yüksək qiymətləndirməli və beləliklə, ümumi Azərbaycan ailəsinin içərisində özünə yer taparaq ümumi inkişafdan geri qalmalı deyillər. Nardaran antiazərbaycan qüvvələrinin yanında yer almalı deyil”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Fəzail Ağamalı Nardaran Azərbaycanın ümumi inkişafında öz yerini tapmalıdır

RƏYLƏR


Top news