Azərbaycanda torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasına görə cərimələr artırılır

Azərbaycanda torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasına görə cərimələr artırılır
18:42 11 Dekabr 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanda torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasına görə cərimələr artırılır. "Report" xəbər verir ki, belə qanun pozuntusuna görə cərimələrin artırılması yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub.
Məcəllənin 249-cu maddəsinə əsasən, vəzifəli şəxs tərəfindən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) tikinti üçün ayrılmasına görə - iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
Xatırladaq ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən belə qanun pozuntusu törədən şəxslər min beş yüz manat miqdarında cərimə edilir.
Yeni məcəllə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycanda-torpaq-sahelerinin-tikinti-ucun-ayrilmasi-qaydalarinin-pozulmasina-gore-cerimeler-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR