Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Premyer Liqasında XVI turun ilk oyunlarında gözlənilməz nəticələr qeydə alınıb

Date: 11 December 2015 18:47

Hər iki matçda gözlənilməz nəticə qeydə alınıb. "Kəpəz" Gəncədə "Rəvan"ın müqavimətini qıra bilməyib. Oyun qolsuz bərabərliklə yekunlaşıb. "İnter" isə eyniadlı arenada "Sumqayıt"a uduzub. Bu nəticələrdən sonra "İnter" 24 xalla 4-cü, "Kəpəz" 22 xalla 5-ci, "Rəvan" isə 11 xalla 10-cu pillədə qalıb. Əvəzində xallarını 16-ya çatdıran "Sumqayıt" 7-ci pilləyə yüksəlib.
Azərbaycan Premyer Liqası, XVI tur
11 dekabr.
14:00. "Kəpəz" – "Rəvan" - 0:0
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Rahil Ramazanov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
16:30. "İnter" – "Sumqayıt" - 2:3
Qol: Yuri Fomenko, 44. Elnur Abdullayev, 52 - Amil Yunanov, 2; 39. Slavik Alxasov, 32
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Rauf Cabbarov
AFFA nümayəndəsi : Ramiz Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
Qeyd edək ki, turun qalan oyunları dekabrın 13-də keçiriləcək. Həmin gün AZAL "Xəzər Lənkəran"ı (saat 15:00), "Qəbələ" - "Neftçi"ni (saat 15:30), "Zirə" "Qarabağ"ı (saat 18:00) qəbul edəcək.

Tags:  Azərbaycan Premyer Liqasında XVI turun ilk oyunlarında gözlənilməz nəticələr qeydə alınıb

RƏYLƏR


Top news