Arıqlamaq istəyən xanımların nəzərinə: 70%-i, 30% idman...

Arıqlamaq istəyən xanımların nəzərinə: 70%-i, 30% idman...
18:49 11 Dekabr 2015
70 Sosial
Ölkə mətbuatı
A- A+

 

“Əsl idman mövsümüdür. Hər kəs idman zallarına axışır. Yayda hava isti olduğu üçün insanların səbri çatmır. İsti hava, üstəlik, idman edərkən bədən hərarətinin artması onları yorur. Həm də yayda çox məşq etmək, xüsusilə ürəyə ziyan verə bilər”.

Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, məşqçi Kamil Zeynallı deyib.

 

Qonaq bildirib ki, qış mövsümündə çəkini artırmaq azaltmağa nisbətən daha asandır. Məşqçinin sözlərinə görə, bu ilk növbədə soyuq havada xəmir xörəklərinə tələbatın artması ilə bağlıdır: “Qışda məşq etmək çox yaxşı nəticələr verir. Çünki qida rejiminə daha çox diqqət yetirilir. Düzdür, iştaha da yaxşı olur. Bu ilk növbədə xəmir xörəklərinin yeyilməsi ilə əlaqədardır. Çəkisini artırmaq istəyənlər üçün uyğun mövsümdür. Amma arıqlamaq istəyənlər üçün əksinə, bir qədər çətinlik olur. Səbəb xəmir xörəkləridir”.

 

Son illər bədən quruluşunu daim formada saxlamaq istəyən xanımların sayının artdığını deyən Kamil Zeynallı bildirib ki, yay mövsümündə qüsursuz görünmək istəyi onları idman zallarına gətirir: “Səhər saat 09.00-dan etibarən zal yavaş-yavaş dolmağa başlayır. Məşq edənlərin əksəriyyəti xanımlardır. Onlar yaya hazırlaşırlar. Hava da uyğun olduğu üçün xanımlar yayda qüsursuz görünmək üçün tam gücləri ilə məşq edirlər. Sevindirici haldır ki, bu gün xanımlar bəylərdən daha istəklidir”.

 

Məşqçi qeyd edib ki, qısa zamanda mükəmməl nəticə əldə etmək üçün fitneslə məşğul olmaqdan əlavə, həm də düzgün qidalanmaq lazımdır: “Elə xanımlar var ki, başlayırlar məşqə, 1 ay keçəndən sonra çəkinin azalmamağından dolayı şikayətlənirlər. Çox adam fikirləşir ki, idmana gedən kimi arıqlayacaq. Amma arıqlamağın ilk şərti pəhrizdir, idman sonra gəlir. Elə düşünürlər ki, istədiyini yedikdən sonra idman edəcək deyə çəkidə dəyişiklik olmayacaq, amma bu çox yanlış fikirdir. İdmandan sonra gələn iştaha çəkiyə təsir göstərir. Gün ərzində yaxşı qidalanmaq lazımdır. Amma idmandan sonra yağlı şirniyyat yemək çəkini artırır. Bu da idmanın xeyrini azaldır. Çünki əzələ yağla örtülür, inkişafa imkan vermir. İdmandan sonra yalnız sağlam qidalanmaq lazımdır – soyutma, meyvə-tərəvəz yemək, su içmək olar. Ümumiyyətlə, xanımlar daha iradəlidir. Düzdü, peşəkarlıq baxımından kişilərdə nəticə daha mükəmməldir. Amma Azərbaycanda xanımlarının idmana bu dərəcədə maraq göstərməsi sevindirici haldır. Qonşu ölkələrdə xanımların məşqə bu dərəcədə maraq göstərməsinə inanmıram”.

 

Qonağın sözlərinə görə, arıqlamaq üçün ilk növbədə peşəkar dietoloqa müraciət etmək lazımdır. Əgər orqanizmdə hər hansı problem varsa, məşqlər ciddi fəsadlara səbəb ola bilər: “Pəhriz saxlamaq o demək deyil ki, şirniyyatdan, yağlı qidalardan tamamilə imtina etmək lazımdır. Həftədə, yaxud 10 gündə bir dəfə bu növ qidalar yemək olar, amma doyana kimi yox. Az miqdarda istifadə etmək olar. Arıqlamağın 70%-i pəhriz, 30% idmandır. Evdə oturub, idmana gəlmədən də arıqlamaq mümkündür. Pəhrizlə yanaşı, idman ona görə məsləhət görülür ki, bədəndə sallanma olmasın. Məşqçidən öncə, pəhriz üzrə mütəxəssisə müraciət etmək lazımdır. Müraciət edənlərdən hər hansı problemin olub-olmamasını mütləq soruşuram ki, ona uyğun proqram təyin edim. Əks halda, ciddi fəsadlar yarana bilər. Bu gün məşqçilərin əksəriyyəti dietoloqluq edir. Amma fikirləşmirlər ki, nə dərəcədə ziyan vura bilərlər”.

Kamil Zeynallı qeyd edib ki, bu gün uşaqlar arasında da piylənmə problemi var. Bunun qarşısını almaq isə məşqçilərdən öncə, valideynlərin öhdəsinə düşür: “Uşaqların sağlam olmağı valideyndən asılıdır. Dostlarımın, tanışlarımın arasında kök uşaqları var. Amma söhbət anormal köklükdən gedir. 8-10 yaşlı uşaqların çəkisi 50-60 kilodur. Mən belə uşaqlarla məşq keçmirəm. Valideynlərə də məsləhət görürəm ki, əgər uşaq gecə durub yemək yeyəcəksə, ümumiyyətlə, qida rejiminə nəzarət etmək mümkün deyilsə, idmanın faydası olmur. Uşaqları normadan artıq yedirtmək, vaxtından əvvəl inkişafına şərait yaratmaq sonradan çox ciddi fəsadlara səbəb ola bilər. Adətən, yeniyetmələri qəbul etmirəm. Lap kiçik yaşlardan uşaqları idmana yönəltmək lazımdır ki, əzələlər düzgün inkişaf etsin. İdmanla məşğul olan zaman zatən bədən formada olur. Trenajorlar fiziki güc verir. Əzələni ən tez bu yolla çıxarmaq olar. Ən yaxşısı, uşaqları zamanında idmana yönəltməkdir”.  

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Masazır dairəsində "KamAZ"la "Opel" toqquşdu

25 Aprel 2017 02:48

"Çelsi" "Mançester Yunayted"in transfer hədəfinə elçi düşüb -

25 Aprel 2017 02:36

58 yaşlı aktrisa romantik obrazda - FOTO

25 Aprel 2017 02:32

Çilidə DƏHŞƏTLİ ZƏLZƏLƏ - 7,1 bal

25 Aprel 2017 02:23

Avropa çempionları Bakıya döndü

25 Aprel 2017 02:19

Çilidə 7,1 ballıq zəlzələ

25 Aprel 2017 02:09

YENİ KƏŞF - Saçı analiz edib, xəstəliklərdən xəbər verəcəklər

25 Aprel 2017 02:03

Məhkəmə Mursi tərəfdarları barəsində ölüm hökmü çıxardı

25 Aprel 2017 01:54

Türkiyə Trampın “soyqırım” bəyanatına cavab verdi

25 Aprel 2017 01:49

Apteklərdə "Rivanol" tozu yoxa çıxıb -

25 Aprel 2017 01:38

Kvebekdə rahat ev - FOTO

25 Aprel 2017 01:32

Mursinin 20 tərəfdarı barəsində ölüm hökmü çıxarıldı

25 Aprel 2017 01:28

ABŞ Suriyaya qarşı sanksiyaları artırır -

25 Aprel 2017 01:12

Sərxoşun dalğalarla rəqsi - VİDEO

25 Aprel 2017 01:03

Əfqanıstanda partlayış:

25 Aprel 2017 00:57

ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirdi

25 Aprel 2017 00:49

ABŞ-dan Suriya alimlərinə sanksiya

25 Aprel 2017 00:38

Dünya ŞOKDA:

25 Aprel 2017 00:27

Abşeron rayonunda “KamAZ”-la “Opel” toqquşdu: 2 yaralı

25 Aprel 2017 00:19

Tramp Marsa uçuş planını açqladı: “Ən pis halda...”

25 Aprel 2017 00:18

Ətirli otun ŞƏFAVERİCİ GÜCÜ

25 Aprel 2017 00:05

Günün qoroskopu: işlərin gedişatına xeyirlidir

25 Aprel 2017 00:05

Astroloji proqnoz - 25 aprel

25 Aprel 2017 00:03

Bu fotolara 3 milyon baxdı

24 Aprel 2017 23:57

"Çelsi"dən futbolçuya 65 milyon avro

24 Aprel 2017 23:57

Qəbələyə nam salan 6 yaşlı pəhləvan - FOTO/VİDEO

24 Aprel 2017 23:53

"Ondan daha yaxşısı yalnız Messidir"

24 Aprel 2017 23:52

Premyer Liqa:

24 Aprel 2017 23:52

Bir vaxtın məşhur modeli kəndə köçüb - FOTO

24 Aprel 2017 23:47

"Belə hisslər yaşamamışdım"

24 Aprel 2017 23:47

Hepatit B və C ilə bağlı QORXUNC STATİSTİKA

24 Aprel 2017 23:47

Rusiya XİN Dilqəm Əsgərovla bağlı sorğunu cavablandırdı

24 Aprel 2017 23:44

Bir aya saçları uzadan MASKA

24 Aprel 2017 23:42

"Mbappe Anelka və Ronaldu arasında seçim etməlidir"

24 Aprel 2017 23:42

Ölü arılardan SAĞLAMLIQ CÖVHƏRİ

24 Aprel 2017 23:42

19 yaşlı “KEDİCİK” rəqsiylə digərlərini kölgədə qoydu - VİDEO

24 Aprel 2017 23:38

"Zəhərli zob"un əsas ƏLAMƏTLƏRİ: nələr təhlükəlidir?

24 Aprel 2017 23:32

"Bavariya" sabiq hücumçusunu qaytarmaq istəyir

24 Aprel 2017 23:32

Rəcəb Tayyib Ərdoğan erməni patriarxa məktub ünvanladı:

24 Aprel 2017 23:32

Tramp BMT-də islahatlara çağırıb

24 Aprel 2017 23:27

Bu içkiləri qarışdırmayın - QORXUNC NƏTİCƏ

24 Aprel 2017 23:23

YENİ KƏŞF - Saçı analiz edib, xəstəliklərdən xəbər verəcəklər

24 Aprel 2017 23:22

Hamilə xanımına məşhur aktrisa ilə xəyanət edir - FOTO

24 Aprel 2017 23:17

Bu içkilərin istehlakı İNSULT VƏ AĞIL ZƏİFLİYİNƏ səbəb olur

24 Aprel 2017 23:17

52 yaşlı Monika Belluççi gözəlliyi ilə hamını valeh etdi -

24 Aprel 2017 23:14

Cey Lo sevgilisi ilə görüşə transparan geyimdə getdi - FOTO

24 Aprel 2017 23:12

Hamiləlik zamanı smartfondan istifadə etməyin! - GİZLİ TƏHLÜKƏ

24 Aprel 2017 23:12

Rusiya XİN-dən Dilqəm Əsgərov haqda açıqlama

24 Aprel 2017 23:12

İlin ən əsas film hadisəsinə günlər qaldı

24 Aprel 2017 23:05

Tez-tez köpürsünüzsə... - 5 SADƏ MƏSLƏHƏT

24 Aprel 2017 23:05