Kürdəmirdə “Əbədiyaşar lider” mövzusunda elmi-praktik konfrans keçirilib

Kürdəmirdə “Əbədiyaşar lider” mövzusunda elmi-praktik konfrans keçirilib
18:58 11 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Kürdəmir, 11 dekabr, AZƏRTAC
Kürdəmirdəki Heydər Əliyev Mərkəzində görkəmli dövlət və siyasi xadim, Azərbaycanın böyük oğlu Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr edilən “Əbədiyaşar lider” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla anıblar.
Elmi-praktik konfransı rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov açaraq, Azərbaycanı zamanın ağır sınaqlarından çıxararaq gələcək inkişaf strategiyasını müəyyən edən Heydər Əliyevin qüdrətli siyasi xadim, əvəzedilməz tarixi şəxsiyyət olduğunu diqqətə çatdırıb.
Tədbirdə “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır”, “Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır”, “Azərbaycan gəncliyinin böyük dostu və himayədarı” mövzularında məruzələr dinlənilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kurdemirde_Abediyasar_lider_movzusunda_elmi_praktik_konfrans_kechirilib-910459

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR