Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vəkil: "Cahangir Hacıyevin şikayəti yoxdur"

Vəkil: "Cahangir Hacıyevin şikayəti yoxdur"

Date: 11 December 2015 19:09

Vəkil Aqil Layıcov bu gün Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevlə görüşüb.

 

Bu barədə APA-ya məlumat verən A. Layıcov bildirib ki, C. Hacıyev özünü yaxşı hiss edir: “Hər hansı şikayəti yoxdur. Lakin evdən gətirilən yeməkləri ona vermirlər. Bundan əlavə, Cahangir Hacıyev istintaqa ifadəsində bildirib ki, bankdan ayrılan kreditlər təyinatı üzrə istifadə olunub. Bunu aparılan yoxlamaların nəticələri də sübut edir”.

 

Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir. 


Tags:  Vəkil Cahangir Hacıyevin şikayəti yoxdur

RƏYLƏR


Top news