“Günəşli”dəki qəza ilə əlaqədar İşçi Qrupun növbəti iclası keçirilib

19:12 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşları, SOCAR-ın vitse-prezidentləri Rəfiqə Hüseynzadə, Rəhman Qurbanov, habelə BP şirkətinin vitse-prezidenti Robert Vat və aidiyyatı üzrə mütəxəssislər iştirak etmişlər. İclasda mümkün ekoloji problemlərin və neft dağılmaları ehtimalının hesablanması və qarşısının alınması məsələləri müzakirə olunmuşdur. Bu məqsədlə havadan helikopter və sudan gəmilər vasitəsi ilə ərazi koordinatlarının müəyyən edilməsi və zəruri tədbirlər görülməsi üçün “Azərkosmos”dan ərazinin gündəlik çəkilişlərinin alınmasına qərar verilmişdir. Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədi ilə su səthinə xüsusi gəmilər vasitəsi ilə dağılmalara qarşı bonların düzülməsi nəzərdə tutulmuşdur. Keçirilmiş iclasın nəticəsi olaraq bu gün səhər işçi qrupun üzvləri qəza yerinə uçaraq, helikopterdən əraziyə baxış keçirmişlər. Uçuş zamanı qəza ərazisində neft dağılmaları müşahidə edilməmişdir. Qəza rayonunda mütəmadi müşahidə və tədqiqatlar aparılması üçün 1 ədəd monitorinq gəmisi və neft dağılmalarına qarşı müasir avadanlıqlarla təchiz edilmiş 6 digər gəmi əraziyə göndərilmişdir. Xüsusi təchiz edilmiş bu gəmilər dağılma halları baş verərsə, neftin yığılması və utilizasiya məntəqələrinə çatdırılması üçün tam hazır vəziyyətə gətirilmişdir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/gunesli-deki-qeza-ile-elaqedar-i-sci-qrupun-novbeti-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR