Bakı, 11 dekabr, AZƏRTAC
“Formula-1” Avropa Qran-pri yarışlarının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” (Baku City Circuit) gələn ilin iyununda keçiriləcək mötəbər idman hadisəsi ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin keçiriləcəyi mərkəzi küçələrdə təmir-tikinti işləri qismən həyata keçirilir.
“Bakı Şəhər Halqası”ndan AZƏRTAC-a bildiriblər ki, dekabrın 12-dən Bülbül küçəsinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanacaq. Avtomobillərin hərəkətinə qoyulacaq məhdudiyyətlər artıq dekabrın 13-dən 14-nə keçən gecə, bazar ertəsi aradan qaldırılacaq.
Qurum bildirir ki, yarışdan əvvəl salınacaq və “Formula-1” yarışları standartına cavab verən yenilənmiş yollar daimidir və Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.