Qərb Universitetinin tələbələri üçün NİİM-ə infotur təşkil olunub

Qərb Universitetinin tələbələri üçün NİİM-ə infotur təşkil olunub
19:23 11 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Qərb Universitetinin müəllim və tələbələri üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) infotur təşkil olunub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, NİİM-də gənclərə qurumun yaranma tarixi, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin operativ qaydada həyata keçirilməsini təmin edən perspektiv planlar barədə məlumat verilib.
İştirakçılar Bakı şəhərinin nəqliyyat sisteminin vahid mərkəzdən görünüşünü müşahidə ediblər. Daha sonra gənclərə müşahidəçi vasitəsilə İntellektual İdarəetmə Sisteminin əhatə dairəsi və əsas funksiyaları, naviqasiya sisteminin tətbiqi, ictimai nəqliyyatın idarə edilməsi barədə də məlumat verilib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qerb_Universitetinin_telebeleri_uchun_NIIM_e_infotur_teskil_olunub-910474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR