Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Belarus qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib

Date: 11 December 2015 19:23


Bakı, 11 dekabr, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım günü ərəfəsində Belarusun ən çox oxunan “7 dney” qəzetində “Xalqın qəlbində əbədi yaşayacaq” sərlövhəli məqalə dərc edilib.
Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət quruculuğu sahəsində göstərdiyi xidmətlərdən bəhs olunur.
Yazıda, həmçinin Ümummilli Liderin ölkəmizin çiçəklənməsi, xalqımızın həyat səviyyəsinin daim yüksəldilməsi və ən əsası müstəqilliyimizin qorunub saxlanılmasına hesablanmış uzaqgörən siyasətindən və hazırda bu siyasəti davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan söz açılır.

Tags:  Belarus qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib



RƏYLƏR


Top news