Siyəzəndə Yeni il ərəfəsində körpələr evi istifadəyə veriləcək

Siyəzəndə Yeni il ərəfəsində körpələr evi istifadəyə veriləcək
19:28 11 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Siyəzən, 11 dekabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzən şəhərində əsaslı təmir olunan daha bir uşaq bağçası-körpələr evi Yeni il ərəfəsində istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, 120 yerlik təlim-tərbiyə müəssisəsində yenidənqurma işlərinə bu ilin avqust ayından başlanılıb. 50 ilə yaxındır fəaliyyət göstərən 2 saylı uşaq bağçası-körpələr evinin hər üç korpusunun dam örtüyü yenilənib. Binada mərkəzləşdirilmiş istilik sistemi qurulub. Son tamamlama işləri aparılan bina dekabr ayının sonunda təhvil veriləcək. Təlim-tərbiyə müəssisəsi yumşaq yataq dəstləri və digər lazımi avadanlıqlarla təmin ediləcək.
Qeyd edək ki, cari ildə Siyəzən şəhərində daha bir 120 yerlik uşaq bağçası-körpələr evi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Siyezende_Yeni_il_erefesinde_korpeler_evi_istifadeye_verilecek-910477

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR