Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı kişi özünü avtomatla vurdu

Azərbaycanlı kişi özünü avtomatla vurdu

Date: 11 December 2015 19:31

Ağdamda məskunlaşan məcburi köçkün intihara cəhd edib. ANS PRESS-in məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədə baş verib.

Əslən rayonun işğal altındakı Şotlanlı kəndindən olan Emin Aslanov məskunlaşdığı evdə ailəsi ilə münaqişə edib. Münaqişədən sonra yataq otağında odlu silahla özünə atəş açıb. Sinə nahiyəsindən yaralanan 30 yaşlı Emin Aslanovu hadisə yerinə gələn təcili tibbi yardım maşını Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıb. Daha sonra vəziyyəti ağır olduğundan yaralı yaxınlıqdakı hərbi hospitala yerləşdirilib. Yaralı artıq əməliyyat olunub. Vəziyyəti ağırdır. İntiharda istifadə olunan silahın isə avtomat olduğu bildirilir.


Hadisə yerində araşdırma aparılır

Hazırda baş vermiş faktla bağlı Ağdam rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları araşdırma aparır. Emin Aslanovun intiharda istifadə etdiyi silahı haradan aldığı isə araşdırmalardan sonra məlum olacaq.

Tags:  Azərbaycanlı kişi özünü avtomatla vurdu

RƏYLƏR


Top news