İsmayıllı gəncləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

İsmayıllı gəncləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
19:33 11 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 11 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü İsmayıllıda silsilə tədbirlərlə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, böyük öndər Heydər Əliyevin xatirəsini əziz tutan İsmayıllı sakinlərinin bir qrupu rayon icra hakimiyyətinin və İsmayıllı Turizm İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıya gələrək Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib. Tərkibi gənclərdən ibarət olan qrup Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla anıblar.
Sonra gənclər Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ismayilli_gencleri_ulu_onder_Heyder_Aliyevin_mezarini_ziyaret_edibler-910478

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR