Azərbaycanlı hakim tarixə düşdü (VİDEO, FOTO)

Azərbaycanlı hakim tarixə düşdü (VİDEO, FOTO)
19:41 11 Dekabr 2015
82 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı hakimlər ilk dəfə Avropa Liqasının qrup mərhələsində oyun idarə edib.

ANS PRESS-in məlumatına görə, Əliyar Ağayevin başçılıq etdiyi briqada "Rapid" (Avstriya) - "Dinamo" (Minsk, Belarus) qarşılaşmasında ədaləti qoruyub.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əliyar Ağayev 21-ci dəqiqədə qonaqların qapısına penalti təyin edib. Lakin Steffen Hofmann bu şansdan yararlana bilməyib.

Referi 90 dəqiqə ərzində cəmi bir dəfə sarı vərəqədən istifadə edib. O, 56-cı dəqiqədə "Rapid"dən Stepan Aueri cəzalandırıb.


Əliyar Ağayev

Qeyd edək ki, bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalovla Rza Məmmədov yardımçı olub. 4-cü hakim fuksiyasını Mübariz Haşımov yerinə yetirib. Rəhim Həsənovla Orхan Məmmədov isə əlavə köməkçi hakim kimi meydana çıxıb.



Ağayevin Avroliqa matçında təyin etdiyi penalti

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR