Moskva “Bakı-2015” Avropa Oyunlarının qaliblərini alqışlayır

Moskva “Bakı-2015” Avropa Oyunlarının qaliblərini alqışlayır
19:48 11 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 11 dekabr, AZƏRTAC
Moskvadakı “Manej” mərkəzi sərgi zalında Rusiya Olimpiya Komitəsinin və “Baltika” pivəbişirmə şirkətinin iştirakı ilə “Rusiya olimpiyaçıları balı – 2015” adlı təntənəli tədbir keçirilib. Bu ilin yayında Azərbaycan paytaxtında keçirilmiş “Bakı-2015” birinci Avropa Oyunlarının qaliblərinin və mükafatçılarını şərəfinə təşkil edilmiş tədbir həm də Rusiya komandasının 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XXXI Olimpiya Oyunlarına yola salınmasına həsr olunmuşdu.
Tədbirdə RF Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov, RF Dövlət Dumasının sədri Yevgeni Narışkin, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov və digər yüksəkvəzifəli qonaqlar iştirak edib. Balda iştirak edən 1200-dən çox qonağın arasında “Bakı-2015” birinci Avropa Oyunlarının qalibləri və mükafatçıları, Rio-de-Janeyroda keçiriləcək Oyunlarda Rusiya Olimpiya komandasına namizədlər, olimpiya çempionları, tanınmış ictimai xadimlər, Rusiya Olimpiya Komitəsinin tərəfdaşları olan şirkətlərin rəhbərləri və başqaları vardı.
Bakıda keçirilmiş birinci Avropa Oyunlarının bütün qaliblərinə və mükafatçılarına idmançının adı həkk olunmuş döş nişanları təqdim edilib. Zərgərlik məmulatı olan bu nişanların dizaynında stilizə edilmiş Olimpiya məşəli və Bakıda keçirilmiş Avropa Oyunlarının rəmzi olan yetişmiş nar təsvir edilib. Bu narın “kral daşı” brilyantdan düzəldilmiş dənələri ali idman ustalığının rəmzidir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Moskva_Baki_2015_Avropa_Oyunlarinin_qaliblerini_alqislayir-910487

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR