Kadrlarla iş üzrə cavabdeh zabitlərin toplantısı keçirilib

Kadrlarla iş üzrə cavabdeh zabitlərin toplantısı keçirilib
19:48 11 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən tabelikdə olan idarə və təşkilatlar üzrə kadrlarla aparılmış işlərin yekunu və növbəti ildə qarşıda duran vəzifələrə dair toplantı keçirilib.
Tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tövsiyə və tapşırıqlarını toplantı iştirakçılarına çatdıraraq kadrlarla işə cavabdeh zabitlərin üzərinə düşən vəzifələri xüsusi qeyd edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçuların vəzifələrə təyin edilməsində işgüzar keyfiyyətlərlə yanaşı, onların mənəvi-psixoloji hazırlığı, nizam-intizamının nəzərə alınmasının vacibliyi vurğulanıb, 2016-cı ildən hərbi qulluqçuların attestasiyası ilə bağlı yeni qaydaların tətbiq olunacağı diqqətə çatdırılıb.
Toplantıda il ərzində əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, müəyyən döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb. Həmçinin Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçən peşəkar zabitlərin fəaliyyətinin keyfiyyətcə artırıldığı önə çəkilib. Bildirilib ki, hərbi xidmətə cəlb ediləcək ixtisaslı gənclərlə bağlaşmadan qabaq onların bilik və bacarıqları, mənəvi keyfiyyətləri nəzərə alınacaq və belə zabitlərlə işin keyfiyyətinə diqqət artırılacaq.
Sonda tapşırıqların yerinə yetirilməsində nailiyyətlər əldə etmiş bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kadrlarla_is_uzre_cavabdeh_zabitlerin_toplantisi_kechirilib-910486

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR