Lənkəranda quş qripi xəstəliyi ilə bağlı monitorinqlər davam etdirilir

Lənkəranda quş qripi xəstəliyi ilə bağlı monitorinqlər davam etdirilir
19:58 11 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 11 dekabr, Bağır Əliyev, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları ölkə ərazisinə köçəri quşların daxil olması ilə bağlı digər bölgələrdə olduğu kimi, Lənkəranda da monitorinqləri davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, çöl quşlarından qan nümunələri götürülməsi məqsədi ilə dənizsahili ərazilərdə, park və ovalıqlarda reydlər təşkil edilir, quşların qanunsuz ovuna və satışına ciddi nəzarət olunur.
Xidmətin əməkdaşları bildiriblər ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməlidir. Özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də ev quşları baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.
Qeyd edək ki, noyabr ayında keçirilmiş monitorinqin nəticələrinə görə, Lənkəranda quş qripi xəstəliyi müşahidə olunmayıb və hazırda rayonda epizootik vəziyyət sabitdir.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_qus_qripi_xesteliyi_ile_bagli_monitorinqler_davam_etdirilir-910494

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR