Universitetlərdə Azərbaycan multikulturalizmi fənninin monitorinqi davam edir

Universitetlərdə Azərbaycan multikulturalizmi fənninin monitorinqi davam edir
20:03 11 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC 
“Azərbaycan multikulturalizmi” fənninin növbəti monitorinqi Azərbaycan Dövlət Aqrar Universitetində və Mingəçevir Dövlət Universitetində keçirilib. Bu barədə AZƏRTAC-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Bağır Bağırov aparıblar.
Monitorinqin əsas məqsədi Azərbaycan Dövlət Aqrar Universitetində və Mingəçevir Dövlət Universitetində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisinin vəziyyəti ilə tanışlıq, ali məktəblərdə fənləri tədris edən müəllimlərlə, tədrisi aparan kafedra əməkdaşları ilə görüş, fənnin tədrisinin perspektivləri və onun təkmilləşdirilməsi yollarının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparmaq olub. Eyni zamanda, fənlərin tədrisinin məqsəd və vəzifələri, tədris prosesinin daim dəyişən reallıqlarla necə uzlaşdırılması ilə bağlı tövsiyələrin verilməsi, dərslərin müvafiq kafedralarda müzakirəsi, fənni tədris edən müəllimlərə metodik tövsiyələrin verilməsi, ali məktəblərin tələbələri ilə “Multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi kimi” mövzusunda diskussiyanın keçirilməsi də monitorinqin hədəflərindən olub.
Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində magistratura pilləsi üzrə I kursun bütün ixtisaslarında 154 nəfərə “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Tədrisi universitetin tarix, ictimai elmlər və hüquq kafedrasının müdiri dosent Azad Bayramov aparır. Bakalavr pilləsində isə “Multikulturalizmə giriş” fənni tədris edilir. Tədrisi kafedranın müəllimi Elgün Aslanov aparır. “Multikulturalizmə giriş” fənni qiyabi təhsil formasında da tədris olunur və 33 nəfər tələbəni əhatə edir.
Monitorinq zamanı Seyfəl Həsənov və Bağır Bağırov Gəncə Dövlət Universitetinin və Gəncə Texnologiya Universitetinin rəhbərliyi ilə görüşüb. Görüşdə universitetlərdə növbəti semestrdə də bu fənlərin nəzərdə tutulan tədrisinin daha səmərəli hazırlığı ilə bağlı fikir mübadiləsi aparılıb və hər iki universitet arasında əməkdaşlıqla bağlı tövsiyələr verilib.
Mingəçevir Dövlət Universitetində “Multikulturalizmə giriş” fənni iki fakültənin üç akademik qrupunda 127 tələbəyə tədris edilir. Tədrisi tarix və ictimai elmlər kafedrasının baş müəllimi İlham Məmmədov aparır. Monitorinq zamanı dərslərin gedişində müəllimlərin hazırlıq səviyyəsi müsbət qiymətləndirilib və tələbələrin Azərbaycan multikulturalizm fənninə böyük marağının olması müşahidə edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Universitetlerde_Azerbaycan_multikulturalizmi_fenninin_monitorinqi_davam_edir-910499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR