Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Vergilər Nazirliyinə müraciətlərdən yarıdan çoxu müsbət həll olunub

Fevralda Vergilər Nazirliyinə korrupsiya ilə əlaqədar 10-a yaxın müraciət daxil olub (14 Mart 2017 13:37)
Vergilər Nazirliyinin departament rəhbəri dəyişdi (13 Mart 2017 09:23)
Vergi yoxlamalarından şikayət - Çoxu təmin edilib (03 Mart 2017 16:05)

Tarix: 11 Dekabr 2015 20:08

Bakı. Trend:

2015-ci ilin noyabr ayı ərzində vergi orqanlarına 8 933 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5% çoxdur.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlərdən 95,5%-i ərizə, 4,3%-i şikayət, 0,2%-i təklifdir.

Müraciətlərin 34,3%-i müxtəlif arayışların alınması, 33,9%-i kameral vergi yoxlamaları, 7%-i vergi borcları, 2,6%-i səyyar vergi yoxlamaları, 1,7%-i operativ vergi nəzarəti tədbirləri, 0,6%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,5%-i korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.

Müraciətlərdən 61,3%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 298 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, 27 noyabr 2015-ci il tarixdə vergilər naziri Fazil Məmmədov tərəfindən Biləsuvar rayonunda vətəndaşların qəbulu keçirilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Vergilər Nazirliyinə müraciətlərdən yarıdan çoxu müsbət həll olunub



RƏYLƏR


Top xəbərlər