Dövlətçilik ənənələrimizdə lider fenomeni

20:08 11 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Azərbaycan dövlətçilik ənənələrində lider fenomeni – Şah İsmayıl Səfəvidən XXI əsrə” (Akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi – döyüşçü və hökmdarın portreti” və “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu” kitabları əsasında) mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin mənalı ömür yolunu və zəngin siyasi fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətlərindən söz açıb. Bildirilib ki, qüdrətli siyasi və dövlət xadimi Heydər Əliyev xalıqın ardıcıl çağırışları və iradəsi ilə böyük siyasətə Azərbaycanın yenidən bərpa olunan müstəqilliyinin o dövründə qayıtdı ki, XX əsrin əvvəllərində olduğu kimi həmin istiqlal yenə süquta uğraya bilərdi. Bu dahi rəhbərin siyasi zəkasının və sarsılmaz qətiyyətinin sayəsində ölkəmiz parçalanmaqdan, xaosdan, vətəndaş müharibəsindən qurtuldu, müasir Azərbaycan dövlətinin memarı olan bu misilsiz şəxsiyyət dövlətimizin iqtisadiyyatını dirçəltdi, ölkənin gələcək yüksəlişlərini təmin edəcək neft müqavilələrinin bağlanmasına nail oldu. Eyni zamanda, görkəmli dövlət xadimi Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin təməllərini qurdu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin etdi. Müasir, güclü, tərəqqi edən Azərbaycan dövləti Heydər Əliyevin ömrünün mənası, onun şah əsəridir. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan tarixinin elə nadir bir şəxsiyyəti idi ki, onun əsl möhtəşəmliyi bütün dolğunluğu ilə bəlkə də gələcək zamanlarda indikindən daha artıq duyulacaq.
Sonra R.Hüseynov “Akademik Ramiz Mehdiyevin müqayisəli-tarixi araşdırmalarında müasir Azərbaycan dövlətçiliyinin nəzəri modelləri” mövzusunda məruzə ilə çıxış edib. O, elmi sessiyanın Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin son illərdə bir-birinin ardınca nəşr edilən və tarixi mövzularda olsalar da, bilavasitə müasir ictimai-siyasi gerçəkliyimizlə səsləşən əsərlərinin işığında alimlərimizin geniş fikir mübadilələri üzərində qurulduğunu söyləyib.
Akademik Ramiz Mehdiyevin əsərlərinin başlıca məziyyətlərini geniş təhlil edən natiq xüsusi vurğulayıb ki, həmin araşdırmalar yalnız çoxdan açıq qalan suallara cavablar verməklə yekunlaşmır, həm də tədqiqatçıları yeni-yeni araşdırmalara dəvət edən mühüm ideyalar irəli sürür.
Akademik Ramiz Mehdiyevin elmi siqləti, siyasi dərinliyi ilə seçilən əsərlərinin digər vacib bir xüsusiyyətinin də onlardakı kompleks yanaşma, problemi bütün təfərrüatı ilə öyrənmək və öyrətmək olduğunu qeyd edən R.Hüseynov bu kitabların həm elmi auditoriya, həm də xalq üçün gərəkliliyini diqqətə çatdırıb.
Akademik Ramiz Mehdiyevin tarixi-müqayisəli təhlillərdən ibarət əsərlərini müasir Azərbaycan siyasəti və dövlətçiliyinin nəzəri modellərini özündə əks etdirən mötəbər mənbələr kimi qiymətləndirən R.Hüseynov bu tədqiqatlar silsiləsinin indiyədək elmimizdə aşkar duyulan boşluğu xeyli dərəcədə doldurduğunu vurğulayıb.
Məruzəçi akademik Ramiz Mehdiyevin Şah İsmayıl Xətai ilə bağlı tədqiqatlarının ayrı-ayrı məqamlarından söz açıb. Bildirilib ki, Şah İsmayılın fəaliyyətini tarixçilərimiz, filoloqlarımız, mənbəşünaslarımız, mətnşünaslarımız, folklorçularımız tədqiq edib, bu istiqamətdə çoxlu məqalə və kitablar yazılıb. Lakin akademik Ramiz Mehdiyevin Şah İsmayıl haqqındakı araşdırmaları onların hamısından seçilir. Çünki ilk dəfədir ki, Şah İsmayıl Səfəvinin bütün tərəfləri nəzərə alınaraq və bütün qabiliyyətləri, keyfiyyətləri bir meyar ətrafında cəmləşdirilərək tədqiqat süzgəcindən keçirilir. Akademik Ramiz Mehdiyev şair, sərkərdə, dövlət xadimi, ideoloq, diplomat, mesenat, elm və mədəniyyət təşkilatçısı olan Şah İsmayılın bütün bu xüsusiyyətlərinin bir nöqtədə qovuşaraq mərkəzləşmiş, güclü Azərbaycan dövləti qurmağa yönəldiyini sübut edir. Bir filosof, dövlətşünas və siyasətşünasın sərrast dəyərləndirmələri nəticəsində biz Şah İsmayılı da, onun apardığı siyasəti də, qurmuş olduğu dövləti də indiyədək yazılan bütün əsərlərdən fərqli olan aydın, inandırıcı bir şəkildə görüb dərk edirik.
Bütün bu qəbil təhlilləri ilə akademik Ramiz Mehdiyev həm də onu öyrədir ki, tarixə və tarixi şəxsiyyətlərə, onların irsinə belə münasibət bəsləyin. Tarixə və tarixi simalara yalnız keçmişdə qalan köhnəlmiş miras kimi deyil, həm də bu gün fayda verə biləcək, işlək modellər kimi diqqət yetirin.
Qeyd edilib ki, akademik Ramiz Mehdiyevin Şah İsmayıl Xətainin aparmış olduğu dil siyasətinə də araşdırmalarında ayrıcı bir mövzu istiqaməti kimi yer ayırması təsadüfi deyil. Gənc yaşlarından Azərbaycanın rəhbərliyində təmsil olunan Ramiz Mehdiyev dilin bir xalqın özünüdərki və mənəvi tərəqqisində nə qədər əhəmiyyətli amil olduğuna yaxşı bələddir. Bu məsələni dövlətçiliyin sütunlarından hesab edən akademik Ramiz Mehdiyev Şah İsmayılın hələ XVI əsrdə Azərbaycan dilinin dövlət həyatında yerini möhkəmləndirməsinə, dilimizin beynəlxalq nüfuzunun artmasına köklənən çalışmalarından yazaraq baxışları həm də müasir Azərbaycana tərəf çevirir. Oxucusunu ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı irimiqyaslı işlər, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin ana dili ilə əlaqədar gerçəkləşdirdiyi layihələr ətrafında düşünməyə sövq edir.
Akademik Ramiz Mehdiyev bu araşdırmalarında elmimizə yeni anlayışlar, təzə terminlər gətirir. “Şah İsmayılın siyasi irsi” tərzində bir ifadə ilk dəfə elmi dövriyyəyə Ramiz Mehdiyevin qələmi ilə daxil olur. Yeri düşdükcə çox incə, mətləbləri dəqiqliklə açan təhlilləri ilə müəllif əyani şəkildə isbat edir ki, söhbət Şah İsmayıl kimi nadir tarixi simalardan gedərkən yeri düşəndə onun bir məktubu da, imzaladığı fərman da, hətta hansısa şeir də çox önəmli siyasi irs nümunəsi kimi qavranıla və təhlil müstəvisinə çıxarıla bilər. Çoxistiqamətli təhlilləri nəticəsində akademik Ramiz Mehdiyev Şah İsmayılın dövlətçilik siyasətinin başlıca açar elementini də müəyyən edir: “Ədalət prinsipi”. Həmin prinsipin, həmin nəzəri modelin müasir Azərbaycan dövlətçiliyində reallaşmasını isə akademik Ramiz Mehdiyev son illərdə siyasətşünaslıq elmimizi zənginləşdirən bir çox dəyərli əsərlərində tutarlı dəlillərlə şərh edib. Akademikin bu və bu qəbildən olan əsərlərinn özləri də əslində bir model, örnək rolunu oynayır, bundan sonra alimlərimizi bu biçimdə, belə sağlam enerji ilə yüklənmiş əsərlər yaratmağa səfərbər edir.
Elmi sessiyada muzeyin əməkdaşlarının “Müstəqillik dövrü Azərbaycan tarixi və Şah İsmayıl Səfəvi”, “Akademik Ramiz Mehdiyevin tədqiqatları fonunda Şah İsmayıl Xətainin avtoqraf epitetləri”, “Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında Şah İsmayılın rolu”, “Şah İsmayıl Xətai Səfəvi - Azərbaycan imperiyasının lideri kimi” mövzularda məruzələri dinlənilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

FİFA 2017-ci ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb

17 Avqust 2017 17:52

Sabaha olan məzənnə

17 Avqust 2017 17:50

MİT PKK-nın Suriya planını pozdu - FOTOLAR

17 Avqust 2017 17:48

Sudanın dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

17 Avqust 2017 17:42

"Salam taksi"də fırıldaqçılıq

17 Avqust 2017 17:40

Feysbukdan növbəti YENİLİK – FOTO

17 Avqust 2017 17:38

"Mavi itlər" küçələrə axışdı

17 Avqust 2017 17:38

Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisinə 5,8 milyon manat ayrılıb

17 Avqust 2017 17:37

“ASUS ZenFone 4” və “ZenFone 4 Pro” smartfonları rəsmən təqdim edilib

17 Avqust 2017 17:35

"Həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər"

17 Avqust 2017 17:34

Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planını yerli məhkəmə təsdiqləyib

17 Avqust 2017 17:32

Müslüm Maqomayevin xatirəsi yad edilib

17 Avqust 2017 17:32

Quduz it 5 yaşlı körpəni dişləyib öldürdü - AZƏRBAYCANDA DƏHŞƏT

17 Avqust 2017 17:29

Ölülərin fotoşəkillərini evdə saxlamayın, YOXSA ...

17 Avqust 2017 17:28

Mahir Mədətovun atası oğlu ilə aparıcı arasında yayılan xəbərdən danışdı

17 Avqust 2017 17:27

Türkiyəli nazir: "STAR" Türkiyə üçün önəmli layihədir"

17 Avqust 2017 17:27

Rusiya XİN: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti sammitə hazırlıq üzərində işləyir

17 Avqust 2017 17:27

Sumqayıtda binada yanğın:

17 Avqust 2017 17:23

Sabah Boliviyanın XİN başçısı Azərbaycana gələcək

17 Avqust 2017 17:22

Vladimir Doroxin: "Maqomayev yalnız yaddaşımızda yaşamaq üçün yox, həm də Moskva və Bakı arasında münasibətlər üçün vacibdir"

17 Avqust 2017 17:22

"Qarabağ" iki ən yaxşıdan biri seçildi - RƏQƏMLƏR

17 Avqust 2017 17:19

Manatın sabaha olan MƏZƏNNƏSİ

17 Avqust 2017 17:18

Yəhudilərin gizli türk agenti xərçəngin müalicəsini açıqladı: “Necə sevişirsinizsə...” -MÜSAHİBƏ

17 Avqust 2017 17:18

Dünyada iqtisadi artım son 7 ilin rekordunu yeniləyib

17 Avqust 2017 17:17

UEFA "Kopenhagen" klubunun Maksim Medvedevlə bağlı şikayətini rədd edib

17 Avqust 2017 17:12

Qozlu göbələk dolması

17 Avqust 2017 17:10

Hindistanda DƏHŞƏT: Təcavüzə uğrayan 10 yaşlı qız dayısından uşaq dünyaya gətirdi

17 Avqust 2017 17:08

Ukrayna Sərhəd Xidmətinin sözçüsü: “Mixeil Saakaşvili ölkəyə buraxılmayacaq”

17 Avqust 2017 17:07

Elmar Məmmədyarov: "Güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir"

17 Avqust 2017 17:07

Sumqayıtda bina yandı: sakinlər təxliyyə edildi

17 Avqust 2017 17:04

Biznesmenlə nişanlanan azərbaycanlı müğənnini diri-diri "basdırdılar"– FOTO

17 Avqust 2017 16:58

AÇG layihəsinə bu il 831 mln. dollar xərclənib

17 Avqust 2017 16:57

ABŞ-ın müdafiə naziri Türkiyəyə səfər edəcək

17 Avqust 2017 16:52

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi işlərinin 96%-i yekunlaşıb

17 Avqust 2017 16:52

Prezidentlərin övladları Azərbaycana gələcək

17 Avqust 2017 16:50

Kürdlər müstəqillik referendumunu təxirə salırlar – ŞƏRTLƏR

17 Avqust 2017 16:48

“Bank VTB (Azerbaijan)” korporativ müştərilərə overdraft xidməti təklif edir

17 Avqust 2017 16:47

FHN əməkdaşları daha bir nəfəri ölümdən xilas etdi

17 Avqust 2017 16:44

İspaniya yığmasının və “Barselona”nın sabiq qapıçısı karyerasını başa vurub

17 Avqust 2017 16:42

Prezidentlərin övladları Azərbaycana gələcək

17 Avqust 2017 16:38

“ASUS” şirkətinin “Windows 10 S” sistemi ilə işləyən ilk noutbuku təqdim edilib

17 Avqust 2017 16:35

ADU-da Polşa Mərkəzi yaradılacaq

17 Avqust 2017 16:32

ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 37% artırıb

17 Avqust 2017 16:32

Məsciddə dava

17 Avqust 2017 16:30

Əzələ ağrılarının effektli müalicəsi - VİDEO

17 Avqust 2017 16:28

Azərbaycanın intim səhnələrdə rol alan aktirisaları

17 Avqust 2017 16:23

Dünyanın ən yaxşı və ən pis şəhərlərinin siyahısı AÇIQLANDI

17 Avqust 2017 16:18

BAKI: Dönərçi ilə balaca qızın maraqlı söhbəti

17 Avqust 2017 16:18

Bir neçə ölkənin prezidentlərinin övladları Bakıda keçirilən forumda iştirak edəcəklər

17 Avqust 2017 16:17

“Şahdəniz Mərhələ 2” üzrə işlərin 95%-dən çoxu tamamlanıb

17 Avqust 2017 16:17