SOCAR dövlət büdcəsinə ödənişləri yenə də azaldıb

SOCAR dövlət büdcəsinə ödənişləri yenə də azaldıb
20:08 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

SOCAR 2015-ci ilin noyabr ayında dövlət büdcəsinə 133 milyon 599 min manat vəsait ödəyib.

Trend şirkətin saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2015-ci ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 404 milyon 875 min manat (ötən ilin analoji dövründə 1,71 milyard manat) vəsait ödənilib.

Bundan əlavə, cari ilin noyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 189 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin noyabr ayı ilə müqayisədə 571 min manat və ya 105,4 faiz çox olub.

2015-ci ilin yanvar-noyabr aylarında isə şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 126 milyon 606 min manat təşkil edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2468633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR