Səhiyyə Nazirliyi: Gələn ildən sertifikasiya imtahanı bir mərhələdə aparılacaq

Səhiyyə Nazirliyi: Gələn ildən sertifikasiya imtahanı bir mərhələdə aparılacaq
20:12 11 Dekabr 2015
123 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçiriləcək. Müsahibə mərhələsi artıq aparılmayacaq. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, sertifikasiya imtahanının sualları iki hissəyə (test və klinik tapşırıq) bölünür: iki müxtəlif variantda 60 test və 5 klinik tapşırıq: "İmtahan suallarının test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunur. İmtahan suallarının klinik tapşırıq hissəsi sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 klinik tapşırıqdan ibarət olur və sual vərəqəsində qeyd olunur".
Belə ki, klinik tapşırıq səhiyyə mütəxəsislərinin klinik məntiqini, konkret verilən halda klinik qərar vermə qabiliyyətini müəyyən etməyə imkan yaradan tapşırıqlardır.
İmtahan suallarının test hissəsi üzrə 40 bal, klinik tapşırıq hissəsi üzrə isə 16 bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunacaqlar.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/sehiyye-nazirliyi-gelen-ilden-sertifikasiya-imtahani-bir-merhelede-aparilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR