Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Mənsum İbrahimovun solo-konserti oldu

Mənsum İbrahimovun solo-konserti oldu

Date: 11 December 2015 20:26

Azərbaycan Milli Konservatoriyasinda xalq artisti Mənsum İbrahimovun solo-konsert olub.
 
Axşam.az Report-a istinadən xəbər verir ki, konsertdə xalq artisti Arif Babayev, xanəndə Firuz Səxavət, Azərbaycanın tanınmış sənət adamları və Norveçdən gəlmiş musiqiçilər, Norveç xorunun numayəndələri iştirak ediblər.
 
Konsertdən əvvəl Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi çıxış edib. O, son vaxtlar konservatoriyada keçirilən konsertlərə olan böyük maraqdan danışıb və bunun çox müsbət hal olduğunu bildirib.

Daha sonra "Qarabağ ansamblı" səhnəyə dəvət olunub. Konsertin girişində Mənsum İbrahimov əməkdar artist Təyyar Bayramov, Arzu Əliyeva "Çahargah" dəsgahını ifa ediblər.

Qeyd edək ki, konsert bədii kompozisiya şəklində hazırlanıb. Rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, bədii qiraətçisi əməkdar artist Azad Şükürovdur.

Tags:  Mənsum İbrahimovun solo-konserti oldu

RƏYLƏR


Top news