Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Nəsimi” filmi “Belarus 3” telekanalında nümayiş etdirilib

Date: 11 December 2015 20:28


Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycanın Belarusda təbliğ olunması, habelə xalqımızın görkəmli şəxsiyyətləri barədə məlumatların yerli ictimaiyyətə daha dolğun şəkildə çatdırılması məqsədilə dekabrın 5-də “Belarus 3” televiziya kanalında “Nəsimi” bədii filmi nümayiş etdirilib. Səfirliyin təşəbbüsü ilə nümayiş etdirilən filmdə “Azərbaycanın dilbər guşəsi – Qarabağ” ifadəsi dəyişdirilmədən səsləndirilib.
Ölkəmizin Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan filmləri aylığına milli qəhrəmanlarımıza, adət-ənənələrimizə, dahi şəxsiyyətlərimizə həsr olunmuş filmlər daxil edilib. Bir müddət əvvəl həmin telekanalda xalqımızın qəhrəmanlıq salnaməsinə aid “Babək” bədii filmi göstərilib.

Tags:  Nəsimi filmi Belarus 3 telekanalında nümayiş etdirilib



RƏYLƏR


Top news