Ulu Öndər Heydər Əliyevin xatirəsini anma günü ilə əlaqədar fləşmob təşkil olunub

Ulu Öndər Heydər Əliyevin xatirəsini anma günü ilə əlaqədar fləşmob təşkil olunub
20:28 11 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin xatirəsini anma günü ilə əlaqədar dekabrın 11-də Yasamal rayonundakı parkda fləşmob təşkil olunub.
AZƏRTAC xəbər verir ki, fləşmob Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və YAP Yasamal rayon təşkilatının təşəbbüsü ilə reallaşdırılıb.
YAP Gənclər Birliyinin sədr müavini Əli Pənahov bildirib ki, fləşmobu keçirməkdə məqsədimiz Ulu Öndərin imzasını yanan şamlarla yerə həkk etməkdir. O deyib: “Bilirsiniz ki, Azərbaycan odlar diyarıdır. Bu imzanın yanması ilə həm ölkəmizin odlar diyarı olmasını simvolizə etmək istədik, həm də bir daha sübut etmək istədik ki, Azərbaycanın inkişafının təməlini qoyan Ulu Öndərin imzası daim şəfəq saçacaq. Nə qədər onun dühası bizim başımız üstündədir, bu imza yaşayacaq. Biz onun miras qoyduğu imzanı öz sadiqliyimizlə daim qoruyacağıq”.
Qeyd edək ki, fləşmobda ümumilikdə 300-dən çox gənc iştirak edib. Gənclər uzunluğu 12 metr olan imzanın ətrafına qızıl güllər düzərək şamları yandırıblar. Fləşmob iki saat davam edib.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Onder_Heyder_Aliyevin_xatiresini_anma_gunu_ile_elaqedar_flesmob_teskil_olunub-910513

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR