Xəzər Universitetində aktiv məşğulluq tədbiri təşkil edilib

Xəzər Universitetində aktiv məşğulluq tədbiri təşkil edilib
20:32 11 Dekabr 2015
40 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Xəzər Universitetində aktiv məşğulluq tədbiri təşkil edilib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, tədbir zamanı 7-si dövlət, 45-i özəl sektora aid 52 müəssisə 345 boş (vakant) iş yeri təqdim edib. Tələbə və məzunlara boş iş yerlərinə göndərişlər verilməklə, onlardan əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində müvəqqəti xarakterli, mövsümi işlərdə çalışmaq istəyənlər qeydiyyata götürülüb. Həmçinin idarə, müəssisə və təşkilatların nümayəndələri tələbə və məzunlarla ünsiyyətdə olaraq, gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq üçün onlardan şəxsi məlumatlar əks olunan CV-lər qəbul ediblər.
Cari ilin ötən dövründə Azərbaycanın 9 ali təhsil müəssisəsində "Karyerada ilk addım" devizi altında təşkil olunan aktiv məşğulluq tədbirlərində 340 nəfərə yaxın şəxsə boş (vakant) iş yerlərinə göndərişlər verilib, 3 min nəfərdən çox tələbə və məzun tərəfindən işəgötürənlərə özləri barədə şəxsi məlumatlar (CV-lər) verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/xezer-universitetinde-aktiv-mesgulluq-tedbiri-teskil-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR