Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Türkiyənin Ege Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan konfrans keçirilib

Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirilib - FOTO (17 Mart 2017 13:17)
Lənkəranda “İslam Həmrəyliyi İli"nə həsr olunan seminar-müşavirə keçirilib (13 Mart 2017 17:37)
Beynəlxalq Cüdo Federasiyası rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının kollektivi Fəxri Xiyabanı ziyarət edib (10 Mart 2017 13:02)

Tarix: 11 Dekabr 2015 20:33


İzmir, 11 dekabr, AZƏRTAC
Azərbaycanın Türkiyədəki səfirliyi və İzmir şəhərindəki Ege Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib. Konfransda diplomatlar, Ege Universitetinin professor-müəllim və tələbə heyəti, İzmirdə fəaliyyət göstərən QHT rəhbərləri, vilayət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin, Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün və ölkələrimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Ulu öndər Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətindən bəhs edən filmin nümayişindən sonra çıxışlar dinlənilib.
Ege Universitetinin prorektoru, professor Atilla Silkü, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri dosent Nəcibə Nəsibova, universitetin türk dili və ədəbiyyatı kafedrasının müdiri professor Fazıl Gökçek, professor Yavuz Akpınar çıxışlarında ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna xidmətlərindən, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin inkişafındakı tarixi missiyasından danışıblar. Diqqətə çatdırılıb ki, Azərbaycanı parçalanmaqdan, anarxiya və xaosdan xilas edən Ulu Öndər siyasi hakimiyyətinin bütün dövrlərində gənclərin təhsil və tərbiyəsinə xüsusi qayğı göstərib.
Sonra Ərzurum vilayətinin keçmiş valisi Mustafa Taner Ulu Öndərlə bağlı xoş xatirələrindən danışıb.
Daha sonra Azərbaycan səfirliyinin təhsil müşavirliyi tərəfindən elan olunmuş inşa müsabiqəsinin qalibləri elan edilib. Müsabiqədə birinci yeri tutan Ege Universitetinin IV kurs tələbəsi Cem Patrick Silinin yazısı iştirakçılara oxunub.
Sonda qaliblərə mükafatlar təqdim olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir

Teqlər:  Türkiyənin Ege Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan konfrans keçirilib



RƏYLƏR


Top xəbərlər