Antonius Broek: Azərbaycan sosial-iqtisadi sahədə böyük inkişaf tempi ilə irəliləyir

20:33 11 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek ilə görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, E.Süleymanova BMT-nin müvəkkil təsisatının işinə dəstək verdiyini, insan hüquqları sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu, əhalinin hüquqi maarifləndirilməsi, habelə ombudsmanın regional ofislərinin əməkdaşlarının bacarıqlarının artırılması ilə bağlı birgə seminar-treninqlərin keçirildiyini söyləyib.
O, bu yaxınlarda İslamabad şəhərində Asiya Ombudsmanlar Assosiasiyasının “Ombudsman fəaliyyətinin problemləri” mövzusunda keçirilən 14-cü konfransında Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məruzə ilə çıxış etdiyini diqqətə çatdırıb, bu inkişaf məqsədlərini həyata keçirərkən ölkələrin xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Qonaq son illərdə Azərbaycanın sosial-iqtisadi sahədə böyük inkişaf tempi ilə irəlilədiyini və bu tərəqqini görməkdən məmnunluq duyduğunu qeyd edib. O, həmçinin Ombudsman təsisatı ilə müntəzəm əməkdaşlığı yüksək qiymətləndirib, bu müddət ərzində keçirilən birgə tədbirlərin ölkəmizdə insan hüquqlarının daha səmərəli təmini, əhalinin hüquqi maarifləndirilməsi baxımından önəmli olduğunu vurğulayıb. A.Broek BMT Baş Assambleyasının iclasında iştirak etdiyini, 2015-ci ilin sentyabr ayında qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin insan hüquqları baxımından həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Antonius_Broek_Azerbaycan_sosial_iqtisadi_sahede_boyuk_inkisaf_tempi_ile_irelileyir-910518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR