Qanvermənin bilmədiyiniz faydaları

Qanvermənin bilmədiyiniz faydaları
20:42 11 Dekabr 2015
81 Sosial
Ölkə mətbuatı
A- A+

18-65 yaş arasında çəkisi 50 kq-dan çox olan hər kəs ciddi sağlıq problemi yoxdursa, ildə dörd dəfə qan verə bilər. 1 torba qan 450 ml-dir. İnsan bədənində təxminən 6000 ml qan olduğundan bunu hesablasaq, ildə bu qədər qan vermək elə də risk yaratmaz.
 
Qan vermək infarkt, qaraciyər, ağciyər, yoğun bağırsaq  kimi bəzi xərçəng növləri riskini də azaldır.

Milli.Az lent.az-a istinadən qanvermənin insan orqanizminə faydalarını təqdim edir:
 
- Qan vermədən əvvəl sağlığınızla bağlı bəzi detallar öyrənildiyi üçün mini check up etdirmiş olursunuz.
 
- Qan verəndə qan yaradan toxuma və orqanlar oyanır, yeni qan yaratmağa sövq edilir. Beləcə qan hüceyrələri yenilənmiş olur.
 
- Mütəmadi qan verən şəxsin infarkt keçirmə riski azalır.
 
- Bundan başqa əsasən ayaqlarda yaşanan damar xəstəliklərinin əngəlləndiyi deyilir.
 
- Qaraciyər, ağciyər, qalın bağırsaq kimi bəzi xərçəng növlərinin riskini azaldır.
 
- Qan xolesterolu, şəkər, keratinin normallaşmasına, metabolik xəstəliklərin nəzarətdə saxlanmasına yardım edir.
 
- Bütün bunlardan savayı və ən əsası birinə yardım etmək düşüncəsi insanı xoşbəxt edər, psixoloji olaraq rahatladar. 
 
Qan verəndən sonra bunlara diqqət edin:
 
Qan verəndən sonra dərhal ayağa qalxmayın, 5-10 dəqiqə istirahət edin.
 
Siqaret çəkirsinizsə, qan verəndən sonra 1 saata qədər çəkməyin.
 
Qan verdiyiniz qolunuzla bir neçə saat ağır şeylər daşımayın.
 
Qan verəndən sonra 5-6 saat hamam, sauna kimi çox isti olan yerlərdə olmayın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/389431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR