Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur

Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur
20:48 11 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ümummilli lider Heydər Əliyevin xatirəsini anma tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ATMU-nun rektoru professor Cəfər Cəfərov bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı həyat yolu, əsrlər boyu xalqımıza xidmət edəcək zəngin irsi barədə danışıb. Bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyev siyasi, iqtisadi, elm, təhsil və digər sahələrdə möhtəşəm layihələr, islahatlar həyata keçirib. Rektor Ulu Öndərin şah əsəri sayılan müasir müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı və sürətli inkişaf yolu ilə inamla addımladığını diqqətə çatdırıb
Tədbirdə digər çıxış edənlər də müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_lider_Heyder_Aliyev_muasir_musteqil_Azerbaycanin_qurucusudur-910520

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR